Icma.az
close
up
RU
AMEA Rəyasət Heyətində elm tarixçisi Zemfira Hacıyeva ilə görüş

AMEA Rəyasət Heyətində elm tarixçisi Zemfira Hacıyeva ilə görüş

Icma.az, 525.az portalına istinadən məlumat verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva ilə görüşüb, 70 illik yubileyi münasibətilə alimi təbrik edib.

Akademiyadan 525.az-a bildirilib ki, AMEA rəhbəri İsa Həbibbəyli tarix elmləri doktoru Zemfira Hacıyevanın elm tarixinə dair araşdırmaları, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə və akademiyanın sonrakı inkişaf dövrlərinə, prezidentlərinə və institutlarına dair sanballı tədqiqatları ilə tanındığını deyib. Ötən il Zemfira Hacıyevanın müəllifi olduğu “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimatının akademiyanın 80 illik yubileyinə həsr olunmuş birinci tədbir olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, alimin sanballı tədqiqat əsərləri onun elmşünaslıq, elm tarixi üzrə bacarıqlı mütəxəssis olduğunu təsdiqləyir.

AMEA rəhbəri bildirib ki, Zemfira Hacıyevanın səmərəli fəaliyyəti ilə bu gün akademiyanın elmi irsi klassik arxiv modelinin ən gözəl nümunəsi kimi diqqət çəkir. Eyni zamanda, onun rəhbərlik etdiyi Elmi irs şöbəsi AMEA-nın elektron hərəkatının bir istiqamətini təşkil edən elektron arxivləşmə sahəsində də fəaliyyətini uğurla davam etdirir.

Görüşdə çıxış edən akademik İradə Hüseynova Zemfira Hacıyevanın uzun illər apardığı elmi araşdırmaları və elmin inkişafına verdiyi töhfələrlə böyük nüfuz qazandığını vurğulayıb. Onun yalnız alim kimi deyil, eyni zamanda, yüksək insani keyfiyyətləri ilə seçilən, yeniliyə meyilli bir əməkdaş kimi tanındığını, gərgin əməyinin və fədakar fəaliyyətinin gənc tədqiqatçılar üçün örnək olduğunu qeyd edib.

Akademik Dilqəm Tağıyev alimin yüksək məsuliyyətindən, arxiv materiallarına göstərdiyi həssas münasibətindən söz açıb, onun elmi irsə, sənəd mübadiləsinə və tədqiqatçılara yüksək diqqət və qayğı ilə yanaşdığını bildirib. Zemfira Hacıyevanın elmi etikasını yüksək qiymətləndirərək, onun bu sahədə peşəkarlığını və qüsursuz əməyini xüsusi vurğulayıb.

Sonra çıxış edən akademik Arif Həşimov Zemfira Hacıyevanın elmi irsin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə verdiyi töhfələrin bu irsin davamlılığının təmin edilməsində mühüm rol oynadığını deyib.

Filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud yubilyarın ömrünün böyük bir hissəsini elmə həsr etdiyini qeyd edib, eləcə də onun rəhbərlik etdiyi şöbənin püxtələşmiş bir kollektivə çevrildiyini vurğulayıb.

Daha sonra tarix elmləri doktoru Zemfira Hacıyeva çıxış edərək elmi fəaliyyətinə və əməyinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Bu diqqət və qayğının hər bir alim üçün böyük stimul olduğunu vurğulayaraq, bu etimadı doğrultmaq üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri