AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib
26 Noyabr 2024 13:59

