AMEAnın vitseprezidenti: Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər.
"Report"un məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev Şuşada keçirilən "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda elmdə yeni addımlara imza ata biləcək yetərincə gənc alim yetişir:
"Ölkəmizdə hazırda 51 universitetdə 320 mindən artıq ali təhsil alan insan var. Onların 96 faizi gənclərdir. Bundan başqa, Azərbaycanda 134 elmi müəssisə var. Bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksər hissəsi gənclərdir".
D.Tağıyev hazırda Şuşa şəhərində "Gənclər paytaxtı"nın bağlanış mərasimi çərçivəsində 29 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyini vurğulayıb.
Baxış sayı:78
Bu xəbər 03 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















