AMEAnın vitseprezidenti: Şuşada gənclərlə bağlı tədbirin keçirilməsi qürurverici məqamdır AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Şuşa, 3 dekabr, AZƏRTAC
"Şuşada təşkil olunan tədbir barədə yalnız xoş sözlər demək olar".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev "Gənclər Paytaxtı" Şuşa şəhərində təşkil olunan İslam Ölkələrinin Gənc Alimlərinin Forumu barədə jurnalistlərə açıqlamasında deyib.
AMEA rəsmisi bildirib ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində bu tədbirin təşkili qürurverici məqamdır: “Çünki Şuşa Qarabağ bölgəsinin mirvarisi, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bir neçə istiqamət üzrə gedən tədbirlərdə islam dünyasından olan gənclər, gənc alimlər, istedadlar aktiv iştirak edirlər. Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var. Tədbirlər yüksək səviyyədə davam edir".
Qeyd edək ki, Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















