“American Airlines” şirkətinin işçiləri təyyarənin şassi bölməsində cəsəd tapıblar
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“American Airlines” şirkətinin əməkdaşları şirkətə məxsus təyyarənin şassi bölməsində gizlənmiş şəxsin cəsədini aşkar ediblər.
APA xəbər verir ki, bu haqda “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Avropadan Şarlotta beynəlxalq hava limanına gəlib.
Cəsəd texniki qulluqçular tərəfindən təyyarəyə texniki qulluq zamanı aşkar edilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin öldüyünü müəyyən ediblər.
Məlumatda bildirilir ki, bu, 2025-ci ildə ən azı ikinci hadisədir.

ABŞda American Airlines uçuşları dayandırıldı VİDEO
25 Dekabr 2024 12:45
“American Airlines” qəzaya uğramış təyyarənin marşrutu üzrə uçuşları bərpa edəcək
31 Yanvar 2025 21:00
American Airlines bütün daxili reysləri ləğv edib
24 Dekabr 2024 21:18
American Airlines сегодня вечером возобновит рейсы по маршруту упавшего самолета
31 Yanvar 2025 13:21

