Amerika “Tramp dəhlizi“ layihəsinin icrasına başlayır?.. İrəvana xüsusi nümayəndələr gəlir...
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Gələn həftə ABŞ-dan müxtəlif dairələrin nümayəndələri Ermənistana gələcəklər. Hökumətdəki məlumatlı mənbələrin bizə verdiyi məlumata görə, səfərin gündəliyi ictimaiyyətdə “42 kilometrlik Tramp dəhlizi” kimi tanınan layihədir."
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu haqda “Johovurd” qəzeti yazıb.
"Amerikalı qonaqlar yalnız dəhlizin texniki və siyasi təfərrüatlarını deyil, həm də investisiyaların həcmini, prioritetləri, eləcə də tikinti işlərinə başlanma tarixlərini müzakirə edəcəklər.
Mənbələrin məlumatına görə, səfərin məqsədi həm də Tramp-Əliyev-Paşinyan memorandumunun artıq paraflanmış variantının praktiki şəkildə həyata keçirilməsinə yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir.
Hazırda rəsmi mənbələr həm səfərin təfərrüatları, həm də gündəmlə bağlı susur. Bununla belə, "Joqovurd"un fikrincə, müzakirələr qapalı formatda olacaq və qərarların regionda yeni kommunikasiya reallığının formalaşdırılması ilə birbaşa əlaqəsi olacaq",- erməni nəşri davamında belə yazır.
S.Laçın
Baxış sayı:85
Bu xəbər 04 Sentyabr 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















