Amerikalı senatorlar Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edirlər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 9 iyul, AZƏRTAC
Demokrat senator Riçard Blumental və onun respublikaçı həmkarı Rocer Marşall Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsində israrlıdırlar.
AZƏRTAC xəbər verir ki, Riçard Blumental NBC News telekanalına müsahibəsində qanun layihəsində nəzərdə tutulan sanksiyaların Vladimir Putinə sərt və sarsıdıcı mesaj olacağını deyib. Onun sözlərinə görə, sənəd tezliklə səsverməyə çıxarılacaq.
Qanun layihəsinin həmmüəllifi, uzun müddətdir Rusiya əleyhinə sanksiyaların tətbiqində israrlı mövqe sərgiləyən respublikaçı Rocer Marşall isə bildirib ki, senatorlar Rusiyaya qarşı sanksiyaları dəstəkləyə biləcəyini deyən ABŞ Prezidenti Donald Trampın mövqeyindən nümunə götürməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















