Amerikalı yeniyetmə diş çöplərindən Eyfel qülləsi quraraq dünya rekordu qırdı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin İllinoys ştatının Neypervill şəhər sakini Erik Kleybl təxminən 20 min diş çöpündən 5.27 metr hündürlüyündə Eyfel qülləsinin maketini hazırlayaraq dünya rekordu müəyyənləşdirib.
Oxu.Az bu barədə UPI nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Erik Kleybl 2021-ci ildə 12 yaşında olarkən dondurma çubuqlarından 6 metrdən hündür qüllə inşa edərək ilk dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Daha sonra onun rekordu qırılsa da, Kleybl bu ilin oktyabrında yeni materialdan - diş çöpündən istifadə etməklə rekordunu geri qaytarıb.
O, konstruksiyanı yalnız diş çöpü və yapışqan vasitəsilə hazırlayıb. Nəticədə 5.27 metr hündürlüyündə Eyfel qülləsi maketi rəsmi şəkildə yeni dünya rekordu kimi qeydə alınıb.
Baxış sayı:86
Bu xəbər 26 Dekabr 2025 02:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















