Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Amerikalıların təxminən 70%-i ABŞ prezidenti Donald Trampın büdcə layihəsinin yalnız ABŞ əhalisinin varlı təbəqələrinin xeyrinə olacağına inanır.
APA xəbər verir ki, bu, “Wall Street Journal”ın keçirdiyi sorğuda öz əksini tapıb.
"Bütün respondentlərin təxminən 70%-i qanunun varlılara kömək edəcəyini, yalnız 7%-i isə bu qrupun bundan əziyyət çəkəcəyini bildirib. Respondentlərin ən azı yarısı qanunun kasıb insanlara, fəhlə sinfinə zərər verəcəyini deyib", - sorğunun nəticələrində deyilir.
Respondentlərin eyni yarısının fikrincə, layihə dövlət tibbi yardımı və sosial təminat alan əhalinin sosial cəhətdən həssas qruplarına mənfi təsir göstərəcək.
Onlar düşünürlər ki, bu, həm də iqtisadiyyata zərər verəcək və federal büdcə kəsirini artıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 27 İyul 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















