Icma.az
close
up
RU
Amnistiya aktı kimlərə şamil edilə bilər? Qüdrət Həsənquliyev açıqladı

Amnistiya aktı kimlərə şamil edilə bilər? Qüdrət Həsənquliyev açıqladı

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Millət vəkili: ”Cəzaçəkmə müəssisələrində çarpayı çatışmazlığına görə dustaqlar döşəmədə yatır...”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident tərəfindən Milli Məclisə göndərilən amnistiya aktı barədə qərar layihəsini şərh edib. O, partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, Prezidentin Konstitusiya və Suverenlik İli ilə əlaqədar Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırlar.

Deputat vurğulayıb ki, məhkəmələrin sərt cəzalar tətbiq etməsi səbəbindən ölkəmizdə azadlıqdan məhrumetmə növündə cəza çəkənlərin sayı hər 100 min nəfərə görə inkişaf etmiş Qərbi Avropa ölkələri ilə müqayisədə 5 dəfə çoxdur. Cinayətkarlığa qarşı mübarizədə effektivliyi sərt cəzalar yox, törədilmiş cinayətə görə cəzanın labüdlüyü təmin edir.

Millət vəkili hesab edir ki, ölkəmizdə məhkəmə-hüquq islahatlarının genişləndirilməsinə böyük ehtiyac var: ”Cəzaçəkmə müəssisələrində çarpayı çatışmazlığına görə dustaqlar döşəmədə yatır, sıxlıq normadan xeyli çoxdur. Ona görə amnistiya aktı ilə daha çox insanın azadlığa çıxmasını istərdim. Keçmiş təcrübəyə əsaslansaq, amnistiya aktı çox qüsurlu tətbiq olunur. Qərarda amnistiya aktının hansı maddələrə şamil olunmadığı ayrıca qeyd olunur. Bu zaman parlamentdəki hakim çoxluq azadlığa çıxmasını istəmədiyi məhkumun ittiham olunduğu maddəni, yaxud maddələri amnistiyanın tətbiq olunmadığı maddələrin sırasına daxil edir. Bu həm ədalətsizdir, həm də bu halda 1-2 nəfərə görə eyni maddələrlə ittiham olunmuş digər məhkumlara da amnistiya aktı şamil olunmur. 24 fevral 1994-cü ildə qəbul olunmuş "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanunla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilən cinayət əməlləri ilə mübarizəni gücləndirmək, təqsirli şəxslərin real məsuliyyətə cəlb olunmalarını, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini təmin etmək məqsədilə 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilir”.

Q.Həsənquliyev bildirir ki, digər məhkumlara amnistiya aktı şamil oluna bilər və olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 81-ci maddəsinə görə, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir: ”81-ci maddənin 2-ci hissəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Bizim cinayət qanunvericiliyində cəzaçəkmə müəssisələrində məhkumları qanunlara ciddi əməl etməklə, vicdanlı davranışa stimullaşdırmaq üçün məhkəmələrin məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə hüququndan məhrumetmə səlahiyyəti nəzərdə tutulmayıb. Bəzi ölkələrdə bu əlavə cəza növü kimi nəzərdə tutulur”.

Millət vəkili deyir ki, məhkum olunmuş şəxslərə ədalətli və tərəfsiz yanaşmanı təmin etmək üçün amnistiya aktında onun tətbiq olunduğu maddələr göstərilməməlidir. Amnistiya aktı Cinayət Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq cinayətlərin təsnifatına əsaslanmalıdır. “Məsələn, yazılmalıdır ki, xüsusilə ağır cinayətlərə (12 ildən artıq müddətə) görə müddətli azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, cəzanın çəkilməsinin başa çatmasına bir il qalmış məhkumlar azad olunur. Xüsusilə ağır cinayətlərə görə müddətli azadlıqdan məhrumetməyə məhkum olunmuş, cəza müddətinin başa çatmasına bir ildən artıq qalan məhkumların cəzası 1 il azaldılsın;

Ağır cinayətlər (7 ildən 12 ilə qədər) törətmiş və cəzalarının başa çatmasına iki il qalmış məhkumlar azad olunsun. Bu kateqoriyadan olan cinayətlər törətmiş, cəzanın başa çatmasına 2 ildən çox qalan məhkumların cəzası iki il azaldılsın;

Az ağır (2 ildən 7 ilə qədər) cinayətlərə görə məhkum olunmuş şəxslər cəzalarının başa çatmasına 3 il qalırsa, azad edilsin. Bu kateqoriyadan olan məhkumların 3 ildən artıq cəzası qalırsa, çəkilməmiş cəza 3 il azaldılsın;

Yüngül cinayət törətmiş (2 ilə qədər) şəxslər cinayət məsuliyyətindən və cəzadan azad olunsun;

İqtisadi sahədə cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmiş şəxslər vurulan ziyanı tam ödəyərlərsə, təyin olunmuş cəzanın çəkilməmiş müddəti 5 ildən çoxdursa, həmin müddət 5 il azaldılsın”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, bundan başqa, müəyyən imtiyazlı şəxslər üçün, məsələn, Vətən müharibəsi iştirakçılarına, yaşı 65-dən yuxarı olan şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara amnistiya aktının daha geniş tətbiqini nəzərdə tutmaq olar. Onun sözlərinə görə, bu cür yanaşma ədalətli olmaqla, cinayət hüququnun, cəza siyasətinin və amnistiya aktının fəlsəfəsinə daha uyğun olardı. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər istisna olmaqla, amnistiya aktı dövlət humanizminin təcəssümü kimi bütün digər məhkumlara şamil olunardı.

”Bizdə amnistiyanın tətbiq olunmadığı maddələrin sırasına bəzən azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmayan maddələr də daxil edilir ki, adam bunu izah etməyə söz tapa bilmir”, - millət vəkili qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri