Icma.az
close
up
RU
Amnistiya ilə Əfv sərəncamı arasında fərq nədir? Komissiya üzvü detalları açıqladı

Amnistiya ilə Əfv sərəncamı arasında fərq nədir? Komissiya üzvü detalları açıqladı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin Amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi çox humanist bir addımdır. Əlbəttə ki, cənab Prezidentin bütün siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun fəaliyyətinin əsas istiqamətlərindən biridir”.

Bunu Ölkə.az-a açılamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, amnistiya və əfv anlayışlarını dəqiq ayırmaq lazımdır: “Çünki tez-tez sual olunur ki, Prezident amnistiya təşəbbüsü ilə çıxış edibsə, kimlər əfv oluna bilər. Bu məqamı dəqiqləşdirmək vacibdir. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil edilir və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq olunur”, - o vurğualyıb.

Komissiya üzvü əlavə edib ki, hazırda söhbət əfvdən deyil, məhz amnistiya təşəbbüsündən gedir və cənab Prezidentin belə bir təşəbbüslə çıxış etməsini bir daha alqışlayırıq: “Amnistiya aktı qəbul edilərsə, bu akt çərçivəsində aşağıdakı şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər: dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, yəni Vətən müharibəsində iştirak edənlər; 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarında iştirak edən şəxslər; həmin əməliyyatlarda həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları; Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər; mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərər görmüş şəxslər.

Bununla yanaşı, sosial baxımdan həssas qruplar da amnistiya aktının əhatə dairəsinə daxil edilə bilər. Buraya qadınlar, 60 yaşına çatmış və 60 yaşdan yuxarı şəxslər, azyaşlı uşaqları olan şəxslər, eləcə də digər humanitar əsaslı kateqoriyalar aid edilə bilər.

Bir qayda olaraq, amnistiya aktına cinayət xarakterinə görə böyük ictimai təhlükə törətməyən əməllər daxil edilir. Yəni az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin amnistiya aktına düşmək ehtimalı daha yüksəkdir. Bu kateqoriyaya aid şəxslər ya tam azad edilə, ya cəza müddəti azaldıla, ya da cinayət məsuliyyətindən ümumiyyətlə azad edilə bilərlər.

Eyni zamanda, ümumi hüquqi praktikaya əsasən qeyd etmək lazımdır ki, adətən amnistiya aktı ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məsələlər amnistiya aktının yekun mətnində dəqiq şəkildə göstərilir.

Amnistiya aktının gözlənilən miqyasına gəldikdə isə deyə bilərəm ki, bu amnistiya aktı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra, ölkə ərazisində qanunların bütövlükdə tətbiqi fonunda qəbul edilir, miqyas etibarilə daha geniş olacağı ehtimal olunur. Mətbuatda yayılan məlumatlar da bunu deməyə əsas verir”.

O xatırladıb ki, bundan əvvəlki Amnistiya aktı 2021-ci il Zəfər amnistiyası 17 mindən artıq şəxsə şamil edilib: “Növbəti Amnistiya aktı isə 20 mindən artıq insanı əhatə edəcək. Bu təşəbbüs hüquq dövləti prinsipləri, humanizm və mərhəmət dəyərləri, postmüharibə dövründə sosial reinteqrasiya, Konstitusiyanın ölkənin bütün ərazisində tam tətbiqi kontekstində qiymətləndirilməlidir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri