Amsterdamdakı partlayışa görə məsuliyyəti bu təşkilat öz üzərinə götürdü
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Amsterdamda yəhudi məktəbinin yaxınlığında baş verən partlayışa görə məsuliyyəti az tanınan radikal təşkilat olan "Sağçı İslam Gənclər Hərəkatı" öz üzərinə götürüb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, təşkilat partlayışın videosunu sosial media hesabında paylaşıb. Sözügedən radikal hərəkat Niderlandın digər şəhəri Rotterdamda və Lyejdə (Belçika) sinaqoqda baş verən partlayışlara görə də məsuliyyəti öz üzərinə götürüb.
Qeyd olunur ki, hərəkat əvvəllər Niderlandın kəşfiyyat məlumat bazasında qeyd olunmayıb.
11:17
Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbində partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "AD News" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə martın 14-nə keçən gecə baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Şəhərin meri Femke Halsemanın sözlərinə görə, partlayış zamanı dəyən ziyan böyük olmayıb.
O qeyd edib ki, polis baş verənləri yəhudi icmasına qarşı məqsədyönlü hücum kimi araşdırır.
"Məktəb uşaqların rahat şəkildə dərs aldığı, Amsterdam yəhudilərin təhlükəsiz yaşaya biləcəyi yer olmalıdır", - deyə şəhər meri bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 14 Mart 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















