Icma.az
close
up
RU
Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Dövlətlərin və xalqların taleyində dil strateji rola malikdir. Yəni, biz dilə yalnız ünsiyyət vasitəsi kimi baxmalı deyilik. Dil mədəniyyətin qorunub saxlanması, özünəməxsusluğunun formalaşdırılması və milli təhlükəsizliyin təmin edilməsində güclü vasitədir. Ən əsası, dil intellektual irsdir. Təsadüfi deyil ki, qloballaşan dünyada bir çox dillərin mövcudluğu təhlükə altına düşüb.

Azərbaycan dili də əsrlərdir öz zənginliyini qoruyub saxlayıb. Amma bu, proses maneəsiz başa gəlməyib. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə hətta dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə acizidilər. Bütün bu süni əngəllərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində hər zaman qətiyyət sərgiləyib. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Belə ki, 1978-ci il aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSRİ-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edildi. Bu, Ümummilli Lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə mümkün oldu. Azərbaycan xalqının öz milli dilinə sahib çıxması milli dövlətçilik tarixində önəmli hadisə idi. Beləliklə, Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan,inkişaf etdirən onun dilidir.”

Müstəqillik dövründə də Azərbaycan dilinin saflığının qorunması istiqamətində daha strateji qərarlar verildi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Eyni zamanda bu vaxta qədər Azərbaycan dilinin qorunması, daha da zənginləşdirilməsi istiqamətində fundamental addımlar atılıb. Prezident İlham Əliyevin söylədiyi kimi, “Bu gün dünyada 50 milyondan çox insane üçün Azərbaycan dili ana dilidir”. Biz indi həm müstəqil, həm də qalib dövlət və xalq kimi Azərbaycan dili ilə fəxr edir, onu xarici təsirlərdən qoruyuruq.

Saleh Məhərrəmov,

YeniAzərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri