Icma.az
close
up
RU
Ana dilimiz varlığımız, qürurumuzdur!

Ana dilimiz varlığımız, qürurumuzdur!

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiz, bu günümüz və gələcəyimizdir. Bu günə qədər tarixi reallıqlar deməyə əsas verir ki, çox ziddiyyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses olmuşdur. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində, əlifbamızın dəyişməsi, kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə gətirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da, qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Tədqiqat işlərinin nəticəsi olaraq, dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasının və onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir. Müxtəlif lüğətlərin yaranması, ana dilini öyrənən əsərlərin meydana çıxması dilçi alimlərin və ziyalıların gərgin əməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir gündə dilçilik elmində Azərbaycan dilinin bu və ya digər sahələrini öyrənən alimlərin adını qeyd etməmək mümkün deyil. F.Köçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi, bir estafet olaraq, öz yerlərini yetişməkdə olan dilçilərə vermişdirlər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına və leksikologiyasının zənginləşməsinə müsbət təsirini göstərmişdir.

"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI, HƏR BİR AZƏRBAYCANLI ÖZ ANA DİLİNİ, AZƏRBAYCAN DİLİNİ VƏ DÖVLƏT DİLİNİ MÜKƏMMƏL BİLMƏLİDİR"

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

Tarixi dövrləri ardıcıllıqla nəzərdən keçirsək görərik ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

"MƏN ÖZ ANA DİLİMİ ÇOX SEVİR VƏ BU DİLDƏ DANIŞMAĞIMLA FƏXR EDİRƏM"

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", - deyə Ümummilli Lider Heydər Əliyev bildirirdi.

Bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

MİLLİ ŞÜURUN VƏ MİLLİ KİMLİYİMİZİN FORMALAŞMASINDA MÜHÜM AMIL

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur. Azərbaycan milli mətbuatında dil məsələsi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Söz fikrin gerçəkliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə, nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görüməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir. Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən və "Əkinçi"dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi" ətrafına toplaşanlar, habelə, sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilib. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərsə də, yenə inkişafdan qalmayıb, böyük peşəkar jurnalistlər dəstəsi yetişib. Dilin saflığı, səlistliyi uğrunda mübarizəyə qoşulan Həsən bəy Zərdabi və onun silahdaşlarının ənənəsi milli mətbuatda qorunmalıdır. Xalq şairimiz Bəxtiyar Vahabzadənin poetik dili ilə desək,

Ana dilim, səndədir xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan- şöhrətim saxlanır.

Mənim adım-sanımsan,

Namusum, vicdanımsa

Dil hər bir millətin varlığını ifadə edən, maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Dil ünsiyyət vasitəsidir. Dil milli şüurun və milli kimliyimizin formalaşmasında mühüm amillərdən biridir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Xalqımızın ən zəngin milli-mədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır. Bizim ən müqəddəs borcumuz Azərbaycan dilini daha da zənginləşdirib, inkişaf etdirməkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:525
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri