Icma.az
close
up
RU
Ana dilimizdə təhsil: milli dövlətçilik və strateji inkişaf məsələsi

Ana dilimizdə təhsil: milli dövlətçilik və strateji inkişaf məsələsi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir". Ana dilimizi qoruyub-saxlamağın vacibliyindən bəhs edərkən bu fikirləri söyləyən Prezident İlham Əliyev, çox dil bilməyin yaxşı xüsusiyyət olduğunu da qeyd edib: "Mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, Prezident İlham Əliyevin Ana dilimizlə bağlı fikirləri məhz Azərbaycan dilində təhsilə diqqət artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir: "Bu məsələ təkcə dil seçimi deyil, milli dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də, onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır".

Bakı Dövlət Universitetinin professoru, Qulu Məhərrəmli bildirib ki, biz nitqimizdə, yazımızda, ümumilikdə Azərbaycan dilinin bütün qayda və qanunlara əməl etməliyik. İkinci isə bir aspekt yerli-yersiz alınma sözlərdən istifadədir. Əlbəttə, Azərbaycan tolerant bir ölkədir və dilimiz də bu xüsusiyyəti daşıyır - o, canlı bir mexanizmdir. Xarici ölkələrlə kommunikasiya, ticarət və digər sahələrdə əməkdaşlıq zamanı biz həmin dillərdən çoxlu sözlər alırıq. Amma əgər bu sözlərin Azərbaycan dilində qarşılığı varsa, onlardan istifadə etməyin heç bir məntiqi yoxdur. Bu baxımdan alınma sözlərlə bağlı Prezident İlham Əliyevin dediyi aktualdır: "Vətəndaşların, yəni dil daşıyıcılarının ana dili ilə bağlı müəyyən məsuliyyəti var. Dövlətin "Dövlət dili haqqında" Qanun var, o qanuna əsasən, bütün sahələrdə - istər reklam, istərsə də idarəçilik səviyyəsində - ana dilinin işlədilməsi ön planda olmalıdır. Amma baxın, bu gün elədirmi? Təəssüf ki, belə deyil. Əgər bir insan dil daşıyıcısı olduğu halda, ana dilində öz fikrini tam ifadə edə bilmirsə, bəs onda bu dilin təəssübünü kim çəkməlidir. Bu baxımdan məsələlər çox ciddidir, bu həm orta, həm ali məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Gənclərə ana dili sevgisini aşılamaq, onların düzgün və səlis danışığını formalaşdırmaq, sosial şəbəkələrdə istifadə etdikləri dilə diqqət yetirmək çox vacibdir".

Professor qeyd edib ki, gənclərin paylaşdığı dil materiallarına, ifadə tərzlərinə tənqidi yanaşılmalıdır: "Çünki dil daşıyıcısı öz dilinə biganə qalarsa, artıq milli kimlik məsələsi önə gəlir. Ona görə də hər kəs bunu nəzərə almalı, ana dilinə hörmət və sevgi ilə yanaşmalıdır".

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyev televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə xüsusi diqqət ayıraraq, dilin milli kimliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. Dövlət başçısı bu məsələni sadəcə linqvistik problem kimi deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qiymətləndirib: "Prezident çıxışında Azərbaycan xalqının tarixinə müraciət edərək, əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamağın çətinliklərini xatırladıb. Prezidentin bu çıxışı Azərbaycan dilinin qorunması və inkişafı üçün kompleks yanaşmanın zəruriliyini göstərir. Dövlət başçısı bu məsələni sadəcə dil problemi kimi deyil, milli təhlükəsizlik, dövlətçilik və gələcək nəsillərin milli kimliyi ilə bağlı strateji məsələ kimi qiymətləndirir və bütün cəmiyyəti bu istiqamətdə səfərbər olmağa çağırır".

Millət vəkili Fatma Yıldırımın dediyinə görə, dil hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır. Azərbaycan dili də əsrlər boyu formalaşmış, zəngin söz ehtiyatına, dərin ifadə imkanlarına malik olan milli sərvətimizdir: "Prezident dəfələrlə çıxışlarında ana dilimizin qorunmasının və inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Prezidentin dediyi kimi, dilimizin saflığını qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Müasir dövrdə qloballaşma prosesləri, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri ana dilimizin leksikasına müəyyən təzyiqlər göstərir. Xüsusilə gündəlik danışıqda, sosial şəbəkələrdə və reklam mətnlərində lazımsız xarici sözlərin işlədilməsi dilimizin saflığına zərər vurur. Prezident bu məsələyə toxunaraq qeyd edir ki, Azərbaycan dilinin imkanları kifayət qədər genişdir və əksər hallarda yad sözlərə ehtiyac yoxdur".

Millət vəkili hesab edir ki, dilin qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir. Ailədə, məktəbdə, mediada və ictimai mühitdə ədəbi dil normalarına riayət olunmalı, uşaqlara düzgün və səlis Azərbaycan dili aşılanmalıdır. Təhsil müəssisələrində ana dilinin tədrisinə xüsusi diqqət yetirilməsi, müəllimlərin və jurnalistlərin dil mədəniyyətinə nümunə olması bu baxımdan böyük əhəmiyyət daşıyır: "Prezidentin rəhbərliyi ilə qəbul edilən dil haqqında qanunlar və sərəncamlar Azərbaycan dilinin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirmişdir. Bu sənədlər dilimizin həm qorunmasına, həm də elmi, texnoloji və mədəni sahələrdə inkişafına geniş imkanlar açır. Nəticə etibarilə, Prezidentin çağırışına sadiq qalaraq dilimizin saflığını qorumaq milli şüurumuzun göstəricisidir. Ana dilimizi sevmək, onu düzgün və təmiz şəkildə işlətmək gələcək nəsillərə olan məsuliyyətimizdir. Azərbaycan dili bizim keçmişimiz, bu günümüz və sabahımızdır".

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, dil bir xalqın varlığını yaşadan ən mühüm amillərdən biridir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə tərzimizin, mədəni irsimizin və tarixi yaddaşımızın daşıyıcısıdır. Ana dilinin qorunması məsələsi yalnız emosional yanaşma ilə deyil, elmi, hüquqi və ictimai mexanizmlər əsasında aparılmalıdır: "Müasir dövrdə Azərbaycan dilinin qarşılaşdığı əsas problemlərdən biri nəzarətsiz dil təsiridir. Qloballaşma, rəqəmsal platformalar və kütləvi informasiya vasitələri vasitəsilə dilə daxil olan yad sözlər çox zaman zərurət olmadan işlədilir. Dilçi alimlərin fikrincə, terminoloji ehtiyac olduqda alınma sözlər məqbuldur, lakin gündəlik danışıqda mövcud Azərbaycan dilində qarşılığı olan sözlərin əvəzinə xarici ifadələrdən istifadə dilin daxili strukturuna zərər vurur".

Millət vəkili vurğulayıb ki, müasir dövrdə qloballaşma və texnologiyanın sürətli inkişafı Azərbaycan dilinə həm yeni imkanlar, həm də müəyyən təhlükələr gətirib. Xüsusilə gündəlik danışıqda, sosial şəbəkələrdə, reklam və media məkanında ehtiyac olmadan xarici sözlərin işlədilməsi dilin təmizliyinə mənfi təsir göstərir. Halbuki Azərbaycan dilində əksər anlayışların qarşılığı mövcuddur və bu sözlərdən düzgün istifadə dilin saflığını qorumağın əsas şərtidir: "Dilimizin saflığının qorunmasında ailənin və təhsilin rolu əvəzsizdir. Uşağın ilk dil mühiti ailədir və burada formalaşan danışıq vərdişləri onun gələcək dil mədəniyyətinə birbaşa təsir edir. Məktəblərdə ana dilinin düzgün, normativ və sistemli şəkildə tədrisi, müəllimlərin ədəbi dilə nümunə olması şagirdlərdə dilə hörmət hissini gücləndirir. Kütləvi informasiya vasitələri də dil saflığının qorunmasında mühüm rol oynayır. Televiziya və radio verilişləri, internet portalları və sosial media platformaları geniş auditoriyaya təsir göstərdiyi üçün burada ədəbi dil normalarına ciddi əməl olunmalıdır. Jurnalistlərin və aparıcıların məsuliyyəti təkcə məlumat vermək deyil, həm də düzgün dil nümunəsi təqdim etməkdir. Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qəbul olunan qanunlar və sərəncamlar dilimizin rəsmi statusunu möhkəmləndirməklə yanaşı, onun ictimai həyatın bütün sahələrində işləkliyini təmin edir. Lakin hüquqi tədbirlər yalnız cəmiyyətin dilə göstərdiyi diqqət və məsuliyyətlə real nəticə verə bilər.

Nəticə olaraq, Azərbaycan dilinin saflığı hər bir vətəndaşın şəxsi mövqeyindən başlayır. Ana dilimizi düzgün, səlis və təmiz şəkildə işlətmək milli şüurun göstəricisidir. Dilimizi qorumaq keçmişimizə hörmət, bu günümüzə sahib çıxmaq və gələcəyimizi təmin etmək deməkdir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri