Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Qafqazda bəyan edilmiş sülh təkcə region ölkələrinə deyil, həm də ondan kənara fayda verəcək konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə keçirilən "Manama Dialoqu" forumunun yekun panel müzakirəsində çıxışı zamanı bildirib.
"Cənubi Qafqazın təcrübəsi təkcə uzunmüddətli qarşıdurmanın nə qədər baha başa gəldiyini deyil, həm də diplomatiyanın yarada biləcəyi imkanları göstərir. Lakin siyasi öhdəlik konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır", - deyə o qeyd edib.
O hesab edir ki, bütün maraqlı tərəflər üçün imkanlar və qarşılıqlı fayda yaradan əlaqəlilik ümumi maraqları formalaşdırır, sülh və sabitliyin qorunmasına dair kollektiv öhdəliyi gücləndirir.
Bu kontekstdə Ermənistanın xarici işlər naziri TRIPP ("Tramp marşrutu") layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Layihə dəmir yolu, elektrik enerjisi, optik lif, neft və qaz infrastrukturlarını əhatə edir.
Nazirin sözlərinə görə, layihə təkcə Bakı ilə İrəvan, eləcə də birbaşa qonşu ölkələr arasında deyil, Şərqlə Qərb, Şimalla Cənub arasında da əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















