Ana olmaq üçün yaş həddi açıqlandı
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə qadınların ana olmağı daha gec yaşlara təxirə salması halları artır. İlk doğuşlar daha çox 30 yaşa yaxın dövrdə baş verir, 40–45 yaşdan yuxarı qadınlar isə reproduktoloqlara daha tez-tez müraciət edirlər.
Bunu ginekoloq-reproduktoloq Mariya Milyutina açıqlayıb.
Həkimin sözlərinə görə, qadının reproduktiv imkanlarını yaşla bağlı təbii proseslər ciddi şəkildə məhdudlaşdırır. Təbii yolla hamilə qalmaq ehtimalı adətən 45–55 yaş aralığında kəskin azalır və sonrakı dövrdə hamiləlik olduqca nadir hallarda baş verir.
Milyutina 60 yaşda hamiləliyin ciddi risklər daşıdığını bildirib. Onun fikrincə, hamiləlik planlayan qadınlar üçün 55 yaşa qədər dövr daha real hesab oluna bilər.
“50 yaşa qədər yaş həddi qoymazdım. Bundan sonrakı yaşlarda isə tibbi əks-göstərişlərin daha diqqətlə qiymətləndirilməsi vacibdir”, – deyə reproduktoloq qeyd edib.
Qeyd edək ki, daha əvvəl 60 yaşında üçüncü övladını dünyaya gətirən Rusiya sakini barədə məlumat yayılmışdı. Bildirilirdi ki, biologiya üzrə mütəxəssis olan qadın 2010-cu ildə yumurtahüceyrələrini dondurub. Təxminən 15 il sonra isə hamiləlik üçün tibbi yardıma müraciət edib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Ana olmaq üçün ən uyğun yaş hansıdır? ARAŞDIRMA
15 Noyabr 2024 20:50
Ana olmaq üçün ideal yaş hansıdır? Mama ginekoloqdan açıqlama
18 Fevral 2026 15:18
Ana və körpə üçün vacib qidalar açıqlandı
24 May 2026 16:02
Ata olmaq üçün riskli yaş açıqlandı Tək qadınlarda deyilmiş...
10 Dekabr 2025 03:04
Bu ölkədə prezident olmaq üçün yaş həddi ləğv edildi
02 Noyabr 2025 21:01
Baxış sayı:86
Bu xəbər 05 Sentyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları