Icma.az
close
up
RU
Ana südünü artıracaq təbii qidalar

Ana südünü artıracaq təbii qidalar

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik.

Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpənin sağlam böyüməsi və inkişafı üçün ən uyğun qidalanma üsuludur. Bu səbəbdəndir ki, süd verən analar  qidalanmalarına üstünlük verməli və “Qalactogogues”(ana südünü artıran) qidalar seçim etməlidilər.

Qalactogogues, ana südünün ifrazını və miqdarını artıran bitkilərə, qidalara və dərmanlara verilən ümumi bir addır. Bu maddələrin bəziləri süd istehsal edən hormonu (prolaktini) atırsa da  əksəriyyətinin təsir mexanizminə dair konkret məlumat yoxdur. Bu səbəbdəndir ki, qədim zamanlardan bəri yerli və ənənəvi yemək və içkilərdən südü artırmaq məqsədi ilə  istifadə edilmişdir. Bu ənənəvi və təbii qidalar günümüzdə də süd verən bir çox ana tərəfindən seçim edilir. Lakin emizdirən anaların çoxunda süd olduğu üçün süd artırıcılara ehtiyac yuyulmaz. Çünki südün miqdarı tələb və təklif mexanizmindən asılı olaraq ifraz olunur.  Bəs, kimlər süd artıran qidalar tələb etməlidilər:

Bütün dəstəyə baxmayaraq südü artmayan analar, Erkən doğulan və ya çox uşaqlı analar Südü kəsilən analar

Süd artıran qidaların istifadəsinə başlamazdan əvvəl həkim dəstəyi qəbul etmək tövsiyə olunur. Çünki heç bir süd artıran qida bir başa südü artırmaz.

Ana südünü artırmaq üçün istifadəsi məsləhət görülən təbii bitkilər belədir:

Təzə ağ üzüm: Gündə bir miqdar təzə ağ üzüm istehlak etmək ana südünü artırır. Şüyüd: Bu bitkinin tərkibindəki təsirli maddə ana südünü artırmağa kömək edər. Səhər və axşam yeməkdən əvvəl istehlak edilən şüyüd ana südünü artırır. Əncir (təzə və ya qurudulmuş): Səkkiz- doqquz ədəd quru əncir yarım litr xlorlu olmayan suda on dəqiqə qaynadılır. Gündə səhər və axşam olmaqla iki dəfə içilir. ncir-yerkökü: Səkkiz-doqquz ədəd qurudulmuş əncir ikiyə bölünərək yarım litr xlorlu olmayan qaynar suya atılır. Beş dəqiqə qaynadıldıqdan sonra bir ədəd dilimlənmiş  yerkökü  əlavə edilərək daha  üç dəqiqə qaynatılır. Süzülərək günortadan əvvəl və ya günortadan sonra  bir stəkan içilir. Bu 21 gün təkrar edilir.  Təzə ağ tut: bu məhsul da südü artırmaq üçün məsləhət görülür. Qaynadılmış qurudulmuş tut da istifadə  edilə bilər. Tut doşabı: ənənəvi üsullarla hazırlanmış tut bəhməzi ən güclü süd artıran qidalar arasında iştirak edir. Bu təbii və qatqısız olmalıdır.  Hamilə qadınlar və ya körpələrini əmizdirən analar mövsümdənkənar yetişdirilən tərəvəz və meyvələrin istifadəsindən imtina etmilidilər. Əncir-yerkökü istisna olmaqla birdən çox süd artırıcı eyni vaxtda istehlak edilməməlidir. Ancaq bir süd artırıcını bir həftə istehlak etdikdən sonra  zərurət olması halında başqa bir süd artırıcı istehlakı məsləhət görülür. Bunun heç bir yan təsiri olmaz. Məsələn, bir həftə təzə ağ üzüm istifadə etdikdən sonra bir həftə şüyüd və ya qurudulmuş əncir istehlak etmək olar. Sözügedən  süd artırıcı məhsullara raziyanə, xurma, kərəviz, təzə kərəviz yarpaqları, balqabaq, çiyələyi də  əlavə edə bilərik.  Kahı, sumak, raziyanə çayı, düyü, Hind küncütü, qoz, badam, fındıq, tahin- bəkməz, balıq, lobiyə və noxud, yumurta, kifayət qədər su, Yaşıl yarpaqlı tərəvəzlər də  südü artırmaq məqsədi ilə  istifadə edilir. Lakin bu məhsulların effektivliyi və təhlükəsizliyi ilə bağlı kifayət qədər araşdırmalar aparılmayıb. Baxmayaraq əksər hallarda analar tərəfindən istehlak edilirlər. Ancaq körpələrini emizdirən analar bu məhsulları istifadə etməzdən əvvəl  həkimləri ilə məsləhətləşməli olduqlarını unudmamalıdılar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:478
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri