Icma.az
close
up
RU
Ana və ya körpə xəstələnərsə...

Ana və ya körpə xəstələnərsə...

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Südəmər körpəniz çox vaxt sizi xoşbəxt və sağlam olması ilə sevindirəcəkdir.

Südünüz soyuqdəymə və qrip virusları ətrafda dolaşarkən ana südü vasitəsilə aldığı immunoloji qoruma sayəsində körpənizin onlara daha az yaxalanma ehtimalına səbəbdir. Hətta südverən ana xəstə olsa belə, uşağın süd əmməyə davam etməsi ən yaxşı haldır.

Körpə artıq xəstəliyə səbəb olan mikrobların hücumuna uğrayıb və ana südü onu bu hücumdan qoruyacaqdır. Tələb olduqda, süd verən ananın orqanizmi körpəsinin məruz qaldığı mikroblara qarşı anti-cisimlər əmələ gətirir.
Bəs əgər körpəniz soyuqdəymə, qulaq ağrısı, qusma və ya ishal kimi və ya daha ciddi nasazıqlara məruz qalarsa necə? Körpənizin xəstəliyi nə qədər ciddi olursa olsun, o demək olar ki həmişə süd yeməyə davam edə bilər.

Metabolik pozğunluqdan əziyyət çəkən körpələr istisna olmaqla, sizin südünüz xəstə körpə üçün ən yaxşı qidadır. Ana südü asanlıqla həzm olunan mükəmməl qidadır və körpənin orqanizmini infeksiyaya qarşı mübarizə aparmağa kömək edən anti-cisimlərlə təmin edir.

Soyuqdəymə və qulaq infeksiyaları

Araşdırmalar göstərir ki, südəmər körpələr tənəffüs yolları və qulaq infeksiyalarına daha az yaxalanırlar. Amma bu o demək deyil ki, sizin körpəniz bu infeksiyalara yaxalanmayacaqdır. Soyuq dəymiş, boğazı ağrıyan və ya qulağına infeksiya düşmüş körpə süd əmməkdə çətinlik çəkə bilər. Belə vəziyyətlərdə aşağıdakı tövsiyyələr köməyinizə gəlmiş olar:

- Körpəni əmizdirməzdən əvvəl, onu qısa müddət slinq və ya “kenqurunun” köməyi ilə dik vəziyyətdə tutun. Bu onun burnundakı seliyi çıxarmağa kömək edə bilər.

- Körpəni yarımdik vəziyyətdə əmizdirin. Çünki qulaq infeksiyasına yaxalanmış körpəni uzanıqlı vəziyyətdə əmizdirdikdə, körpənin qulağına təzyiq düşə bilər.

- Süd verməzdən əvvəl, körpənin burnunu yumşaq rezin selik təmizləyicisi ilə təmizləyin.

Bütün bunlardan sonra körpə yenə də döşü rahat əmə bilmirsə, südünüzü əliniz və ya südsağan köməyi ilə sağın və onu körpəyə qaşıq, fincan və ya damcıtökənin köməyi ilə içirin. Əlbəttə ki, əgər körpənin qızdırması qalxarsa və ya bir neçə saat ərzində süd əmməkdən imtina edərsə, həkiminizlə əlaqə saxlayın.

Mənbə: La Leche League International, “The Womanly Art of Breastfeeding”, Seventh Revised Edition

Tərcümə: Xumar Ərşadlı

Vib.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see225

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri