Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi

Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan xalqının zəngin yazılı irsinin mühüm hissəsini təşkil edən anadilli əlyazma abidələri dilimizin tarixi inkişaf mərhələlərinin, ədəbi dil normalarının təşəkkülü və sabitləşməsi prosesinin öyrənilməsi baxımından müstəsna elmi əhəmiyyətə malikdir. Bu əlyazmalar Azərbaycan ədəbi dilinin formalaşma tarixinin, onun fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərinin, eləcə də ümumtürk dil mühiti ilə qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsində əsas mənbələrdən biridir.

Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimovanın AZƏRTAC-a təqdim etdiyi “Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi” məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, Azərbaycan ərazisində qorunub saxlanılan ən qədim türkdilli əlyazma nümunələrinin bir qismi XIII əsrə aiddir. Həmin dövrdə Təbriz, Marağa, Ərdəbil kimi iri mədəni və iqtisadi mərkəzlərdə formalaşmış zəngin elmi-ədəbi mühit yazılı ənənələrin inkişafına əlverişli zəmin yaradıb. Sözügedən əlyazmalar Azərbaycan dilinin ilkin inkişaf mərhələlərini əks etdirməklə yanaşı, qədim ümumtürk yazı ənənəsi ilə bilavasitə bağlıdır. Bu baxımdan “Göytürk yazılı abidələri” və “Divanü lüğətit türk” kimi fundamental abidələr türk dillərinin erkən leksik, qrammatik və üslubi xüsusiyyətlərinin öyrənilməsi üçün mühüm müqayisəli material təqdim edir və Azərbaycan ədəbi dilinin tarixi köklərinin ümumtürk kontekstində araşdırılmasına imkan yaradır. Azərbaycan dilində yaradılmış erkən poetik abidələr sırasında XIII əsr müəllifi Əlinin “Qisseyi-Yusif”, XIV əsr müəllifləri Suli Fəqihin “Yusif və Züleyxa” ,Yusif Məddahın “Vərqa və Gülşah”, Ümmi İsanın “Mehr və Vəfa” poemaları, Şəms Təbriziyə aid şeirlərin tərcümələri, həmçinin İmadəddin Nəsiminin dövrünə yaxın köçürülmüş “Divan”ın nüsxəsi mühüm yer tutur. Xüsusilə Yusif Məddahın “Vərqa və Gülşah” poemasının filiqranlı İtaliya kağızı üzərində XVI əsrdə köçürülmüş əlyazma nüsxəsi erkən anadilli poetik ənənənin öyrənilməsi baxımından qiymətli mənbədir və dilimizin klassikləşmə prosesinin ilkin mərhələlərini əks etdirir.

Azərbaycan ədəbi dilinin klassik mərhələsinin inkişafında Məhəmməd Füzulinin yaradıcılığı xüsusi rol oynamışdır. Onun anadilli Divanının əlyazma nüsxələri Azərbaycan türkcəsinin poetik imkanlarının genişliyini, üslubi zənginliyini və normativ xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirir. Eyni zamanda XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu da dilimizin poetik-üslubi inkişafının mühüm göstəricilərindəndir. Hər iki abidənin UNESCO tərəfindən dünya əhəmiyyətli sənədli irs nümunələri kimi tanınması onların yalnız milli deyil, ümumbəşəri mədəni irs baxımından da yüksək dəyərə malik olduğunu təsdiq edir.

XVIII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Onun poeziyası ədəbi dilin xalq danışıq dili ilə yaxınlaşmasına, dilin sadələşməsinə, canlı danışıq elementləri ilə zənginləşməsinə və milli dil normalarının möhkəmlənməsinə mühüm təsir göstərib.

Türkdilli əlyazma irsinin tərkib hissəsi kimi qorunub saxlanılan Əlişir Nəvainin, eləcə də Osmanlı ədəbiyyatının görkəmli nümayəndələri olan Mustafa Naili, Əlaəddin Sabit və Əhməd Nədimin “Divan”larının nüsxələrinin müəlliflərin yaşadığı dövrə yaxın köçürülməsi, xüsusilə son iki şairin əsərinin avtoqraf nüsxə olması türkdilli ədəbi mühitin inkişaf xüsusiyyətlərini, mətnlərin autentikliyini və dil xüsusiyyətlərinin ilkin formasını öyrənmək baxımından mühüm elmi əhəmiyyətə malikdir. Bu cür əlyazmalar Azərbaycan dilinin ümumtürk ədəbi sistemi daxilində tutduğu mövqeyi müəyyənləşdirmək üçün də qiymətli mənbə rolunu oynayır.

Türkdilli əlyazma abidələrinin aşkara çıxarılması, qorunması, sistemləşdirilməsi və elmi əsaslarla tədqiqi istiqamətində bir sıra görkəmli alimlərin müstəsna xidmətləri olub. Bu sahənin formalaşması və inkişafında Əliabbas Müznib, Salman Mümtaz, Həmid Araslı, Mirzağa Quluzadə, Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Araz Dadaşzadə, Əzizağa Məmmədov, Şamil Cəmşidov, Məmməd Adilov, Zəminə Hacıyeva, Paşa Kərimov və Nəzakət Məmmədova kimi alimlər mühüm elmi nailiyyətlər əldə etmişlər. Müasir dövrdə isə bu ənənə Teymur Kərimli, Azadə Musayeva, Möhsün Nağısoylu, Raqub Kərimov, Əkrəm Bağırov, Nailə Səmədova, Əli Əliyev və Aybəniz Rəhimova kimi tədqiqatçılar tərəfindən uğurla davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri