Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Anadilli jurnalistikamız milli varlığımızın canlı salnaməsidir

Anadilli jurnalistikamız milli varlığımızın canlı salnaməsidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müsahibimiz media professoru Cahangir Məmmədlidir

Bu il iyulun 22-də Azərbaycan milli mətbuatının əsryarımlıq yubileyi qeyd olunacaq. 150 il əvvəl Həsən bəy Zərdabinin yaratdığı ilk anadilli “Əkinçi” qəzetimiz dumanları dağıdan günəş kimi ətrafa nur saçıb. İlk milli nəşrimiz xalqın gözünə-könlünə maarif ziyası yayıb.  

2 ildə cəmi 56 nömrəsi çıxsa da, “Əkinçi”nin səpdiyi toxumlar 150 ildir ki, cücərib boy atır, milli mətbuatımızı barlandırır.

Şanlı yubiley ərəfəsində mətbuatımızın tanınmış, nüfuzlu simalarının bu tarixi hadisə ilə bağlı duyğu və düşüncələrini  təqdim edirik. 

İlk müsahibimiz Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin “Milli mət buat tarixi” kafedrasının müdiri, filologiya elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Cahangir Məmmədlidir.

– Ustad, xalqımız sizi jurnalistikamızın canlı ensiklopediyası, milli mətbuatımızın çoxillik tədqiqatçısı kimi tanıyır. Biz jurnalistlər isə həmişə sizi təhsil aldığımız BDU jurnalistika fakültəsinin ən sevimli müəllimlərindən biri kimi  sayğı ilə minnətdarlıqla dəyərləndiririk. Sizdən öyrəndiyimiz elmi-nəzəri biliklər, peşə məharəti hər zaman karımıza gəlir, qəlbimizi işıqlandırır. İstərdik ki, öncə söhbətimizə Azərbaycanda milli mətbuatın yaradılmasının tarixi qaynağı barədə fikirlərinizlə başlayaq.  

– Mətbuatımızın milli formatına qədər ölkəmizdə bəzi mətbu nəşrlər meydana gəlmişdi. Məsələn, 1828-ci ildə Tiflisdə nəşrə başlayan “Tiflisski vedomosti”nin Azərbaycan türkcəsində “Tiflis əxbarı” adı ilə bir neçə nömrəsinin işıq üzü gördüyü ehtimal olunur. Bu qəzetin ilk nömrəsinin çapı 1832-ci ilin yanvarına təsadüf edib. Bundan bir neçə il sonra – 1840-cı illərdə “Qafqazski vestnik” qəzetinin vərəqə formatında “Qafqazın bu tərəfinin xəbərləri” adlanan əlavəsi də işıq üzü görüb. Amma tədqiqatçıların da dediyi kimi, bu qəzetlərin azərbaycanca nəşr edilən vərəqə formatlarını milli mətbuat tariximizin bünövrəsi hesab etmək olmaz. Milli mətbuat anlayışının əsl mənasını ifadə edən tarix 1875-ci ildə böyük ziyalımız Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlayıb. 

– Milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”nin əsas məramı, tematikası nə idi?

– Min bir əziyyətlə “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi bu qəzetin timsalında mətbuata kütləvi informasiya vasitəsi kimi baxmaq, maarifçilik missiyasını həyata keçirmək, o zamankı savadsızlığın aradan qaldırılmasına kömək etmək ideyalarının əsasını qoydu. O bütün bunlarla bağlı çox böyük işlər gördü. “Əkinçi” maarifçilik məramı, zəngin tematikası ilə jurnalistikamızda ciddi bir məktəbin əsasını qoydu. Bu qəzet özündən sonrakı mətbu orqanlarının bu təcrübədən bəhrələnməsinə, bütövlükdə, milli mətbuatımızın inkişafına zəmin yaratdı.

– Məktəb demişkən, Azərbaycan mətbuatı tarixində hansı məktəblər mövcuddur?

– 1900-cü illərdə nəşr olunan “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbu orqanların hər biri elmi tədqiqatlarda ayrıca məktəb kimi qiymətləndirilir. Məsələn,  Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Firudin bəy Köçərli kimi korifeyləri 1903-cü ildən nəşrə başlayan “Şərqi-rus” qəzetində formalaşıb və sonra onların hər biri özəl məktəb yaradıcısı olub. Bununla bağlı deyim ki, Cəlil Məmmədquluzadə və onun yaratdığı “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, bütövlükdə, Şərq dünyasında ölməz bir məktəb səviyyəsinə yüksəlib. Bu məktəblərin hər biri milli ideologiyanın, dövlətçilik təfəkkürünün formalaşmasında misilsiz rol oynayıb. 

– Mətbuatımız uzun müddət ərəb qrafikalı əlifba ilə nəşr edilib. Yeni nəsil içərisində heç də hamı tarixi nəşrlərimizi bu əlifba ilə oxuya bilmir. Bununla bağlı hansı tədbirlər görülür?

– Həqiqətən də, bizim çox ciddi tarixi əlifba dərdimiz olub. Uzun müddət ərəb, 1929-cu ildən latın, 1939-cu ildən kiril, 1992-ci ildən isə yenidən latın qrafikalı yeni əlifba. Allaha şükür ki, bu gün biz də sivil və müstəqil bir dövlət olaraq dünyanın ən çox işlətdiyi bir əlifbanı qəbul etmişik. 

Bax, bu əlifba problemi ilə bağlı olaraq gənc nəslin milli mətbu nəşrlərimizi oxuya bilməsi üçün bir neçə yol var: birincisi,  tariximizə sevgi göstərən gənc tədqiqatçı alimlərin ərəb əlifbasını öyrənməsi; ikincisi, bu əlifba ilə çap olunan klassik nəşrlərimizin transliterasiyası və faksimile nəşr edilməsidir. Azərbaycan Milli Elmlər Akademiyası bu sahədə çox böyük işlər görür. Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsi “Molla Nəsrəddin” jurnalının 10 cildlik faksimile nəşrini oxuculara təqdim edib. Şöbə indiyədək bir sıra klassik jurnallarımızın belə nəşrini həyata keçirib. 

Vurğulamaq istərdim ki, ADA Universiteti rektor Hafiz Paşayevin ideyası ilə AXC dövründə yaranan və Azərbaycanda demokratik mətbuatın misilsiz nümunəsi, ilk rəsmi nəşri olan “Azərbaycan” qəzetinin nəzərdə tutulan 20 cildliyinin artıq xeyli hissəsinin nəşrini  gerçəkləşdirib. Bu sahədə işlər davam etdirilir. 

– Mətbuat tariximizin tədqiqatı nə yerdədir? Sovet dövrü ideoloji  basqı və qəlibləri necə aradan qaldırılıb?

– Azərbaycan mətbuatının tarixini hələ XIX əsrdə görkəmli ziyalılar tədqiq   etməyə başlayıblar. XX əsrin əvvəllərində isə bu sahədə Həsən bəy Zərdabinin özü, Əli bəy Hüseynzadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Əhməd bəy Ağaoğlu və başqa ziyalılarımız həm çoxsahəli mətbuat orqanları yaradıb, həm də mətbuatımızın ilkin nümunələrinə dair maraqlı elmi məqalələr yazıblar. 

Mətbuat tariximizin öyrənilməsi ilə bağlı sovet dövründə intensiv tədqiqat aparılıb, maraqlı monoqrafiyalar nəşr edilib. Lakin təəssüf ki, sovet ideoloji kanonları bu tədqiqatlarda obyektiv araşdırmaya və onların  nəşrinə imkan verməyib. Təsadüfi deyil ki, milli mətbuatımızın böyük tədqiqatçısı Əziz Mirəhmədov müstəqilliyimizin ilk illərində Rusiyanın məşhur “Literaturnaya qazeta”sına “Günahlarımı yumaq istəyirəm” adlı  müsahibəsində özünün sovet dövründəki tədqiqatlarını obyektivlikdən daha çox, kommunist ideologiyası çərçivəsində apardığını etiraf etmişdi. 

Şükürlər olsun ki, bu gün Azərbaycan müstəqil bir dövlətdir. Hər sahədə olduğu kimi tariximizə də yeni və obyektiv baxış, ötən dövrdəki səhvləri geridə qoymaq kimi ciddi bir proses gedir. Bu sahədə AMEA Ədəbiyyat İnstitutu çox böyük tədqiqat işləri görür. Akademik İsa Həbibbəyli özünün bir sıra araşdırmaları ilə klassik mətbuatımızın Mirzə Cəlil, Üzeyir bəy kimi korifeylərinin yaradıcılığını dərindən öyrənib. Akademikin təkcə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı irihəcmli bir monoqrafiyası obyektiv tədqiqatın nə olduğunu sübut edir. 

Mətbuat tariximizin sovet dövrü ­tədqiqatlarına yeni və obyektiv baxışı professor Şirməmməd Hüseynov bir məktəb səviyyəsinə yüksəltdi. Bu böyük alim Məhəmməd Əmn Rəsulzadənin 5 cildlik əsərlərini topladı, transliterasiya formatında nəşr etdirdi. O, Üzeyir Hacıbəylinin də sovet dövrü nəşrlərinə salınmamış məqalələrini 2 cildlik kitab halında ərsəyə gətirib.

Yeni nəsil tədqiqatçılarımız həm AMEA-da, həm də BDU-nun jurnalistika fakültəsində milli mətbuat tariximizin ­tədqiqi ilə bağlı ciddi əsərlər ortaya qoyub. Mərhum professor Nəsiman Yaqublu AXC dövrü mətbuatımızın tarixini obyektiv araşdırmalarla təqdim etdi. Bu sahədə getdikcə daha böyük işlər görülür. 

– Bu gün sovet dövründə nəşr olunan qəzet və jurnallara da tədqiqatlarda birtərəfli baxış hiss olunur. Yəni Azərbaycan sovet jurnalistikasını gözdən salmaq istəyənlər də var. Siz buna necə baxırsınız?

– Qətiyyən, düzgün deyil. Sovet dövrü mətbuatı bütün sovet respublikalarında kommunist ideologiyası, mətbuatın sovet-kommunist nəzəriyyəsinin prinsipləri əsasında fəaliyyət göstərib. O cümlədən, Azərbaycan mətbuatı. Amma bunu da unutmaq olmaz ki, Azərbaycan sovet jurnalistikasının bir çox elə müsbət göstəriciləri var. Bunları da inkar etmək olmaz. Məsələn, Azərbaycan ədəbi dilinin müasir mükəmməl mətbuat üslubu məhz o dövrün media sistemində formalaşıb. Kommunist partiyasının 1956-cı ildə keçirilən XX qurultayı Sovet İttifaqına, az da olsa, demokratik bir ovqat gətirdi. 1960-cı illərdə ədəbiyyata və mətbuata yeni, milli düşüncəli yaradıcı nəsil gəldi. “Qobustan” kimi, “Gənclik” kimi dərgilər ortaya çıxdı. 

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublikamızın ali rəhbərliyinə gəlişi ilə mətbuatda milli sərbəstlik ideyaları genişləndi, publisistikamızın mövzuları milliləşdi və s. Bax, elə o zaman “Kommunist” adlanan bugünkü “Xalq qəzeti” Azərbaycanda milli azadlıq hərəkatının əsasını qoydu və s. Bütün bunları qiymətləndirməmək mətbuat tədqiqatçısının qeyri-obyektivliyi hesab edilməlidir. 

– Müstəqillik dövründə Azərbaycanda bütöv bir media sistemi yarandı. Bu inkişaf hansı amillərdən doğdu?

– Hər kəsin yadındadır ki, Azərbaycan müstəqillik əldə edəndən dərhal sonra Milli Məclis formalaşdı. Bu parlamentdə qəbul olunan ilk qanun KİV haqqında oldu. Əlbəttə, bu qanun Azərbaycanda mətbuat azadlığının əsasını qoydu. Amma onun bir sıra kəsirləri də var idi. Əvvəla, bu qanunun Konstitusiya əsası yox idi. İkincisi, o zaman birinci Qarabağ savaşını bəhanə gətirərək bəzi xəbərlərə senzura qoyulmuşdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən gəlişi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını yaratdı. Bu Konstitusiya Azərbaycanda söz və mətbuat azadlığının əsaslarını müəyyənləşdirdi. Ulu öndər 1998-ci il avqustun 6-da isə ayrıca bir sərəncamla ölkədə senzura qalıqlarını ləğv etdi. Bütün bunlar artıq yaranmış və yaranmaqda olan medianı bütöv bir sistemə çevirdi. Özəl qəzetlər, telekanallar, internet portalları çoxaldı. İndi “media sistemi” deyilən bir anlayış formalaşdı. Bunların hamısının başında Prezidenti Heydər Əliyevin demokratik mətbuat konsepsiyası dayanır. 

– Müstəqilliyimizin ilk illərində jurnalistika yaradıcılığının Avropa prinsiplərinə meyl güclü idi. Bu gün isə Avropa özünün formalaşdırdığı faktın dəqiqliyi, qərəzsizlik, balanslılıq, vicdanlılıq prinsiplərindən,  sanki, imtina edir. Bizim jurnalistlərimiz indi hansı prinsiplərə söykənməlidir?

– Biz müstəqilliyimizin ilk illərində Avropa demokratiyasına çox inandıq. Bir azdan məlum oldu ki, dünyada ilk respublika yaradan Fransa bu gün demokratik dəyərlərin düşməninə çevrilib. Avropanın bir çox ölkələri də demokratik dəyərlərə etinasız yanaşır, mətbuatda əsl həqiqəti siyasi məqsədə qurban verir. Bizə indi aydın olur ki, jurnalistikanın əsl yaradıcılıq prinsipləri klassik mətbuatımızın səhifələrindədir. Ona görə də bu gün söykənəcəyimiz əsl yaradıcılıq mənbəyi Azərbaycan klassik jurnalistikasının Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə kimi məktəblərindədir!

– Mətbuat tarixi jurnalistika fakültəsində əsas fənlərdən biridir. Bu sahədə dərslik və tədris vəsaiti yetərincədirmi?

– Əlimizdə zəngin Şirməmməd Hüseynov irsi var. Bu irsə söykənən müasir alimlərimiz fakültədə xeyli dərs vəsaiti nəşr etdiriblər.  Müasir tədqiqatçılar sırasında Dilqəm Əhmədi də qeyd etməliyik. Filologiya elmləri doktoru Gülbəniz Babayeva kimi alimlərin monoqrafiyaları dərs vəsaiti kimi tələbələrin köməyinə çatır.

Amma əsl dərslik statusunda istedadlı jurnalist, filologiya üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlının 2 cildlik “Azərbaycan mətbuatı tarixi” kitabı bizə çox kömək edir. Proses davam edir. Bu gün yetərli olan sabah tələbatı ödəmir. Milli jurnalistikamızın o qədər zəngin tarixi var ki, onun araşdırılması fasiləsiz davam edəcək.

– Cahangir müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik!

Müsahbəni apardı: 
Əli NƏCƏFXANLI 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri