Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Killian Mbappe: “Yamaldan əl çəkin”

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

Azı qərar, çoxu zərər...

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Anadilli mediamız xalqımızın misilsiz mənəvi sərvətidir

Anadilli mediamız xalqımızın misilsiz mənəvi sərvətidir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü ərəfəsində əlamətdar yubileylə bağlı müsahibimiz görkəmli jurnalistika nəzəriyyəçisi, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin kafedra müdiri, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Cahangir Məmmədlidir. Jurnalistlərin bir neçə nəsilinin müəllimi, milli mediamızın son 70 illik fəaliyyətinin canlı şahidi və mütəxəssis izləyicisi olan ustad qələm sahibi ilə söhbətə belə bir sualla başladıq:

– Azərbaycanın tanınmış jurnalisti, ali mükafatlara layiq görülmüş filologiya elmləri doktoru, professor Cahangir Məmmədli milli mətbuatımızın 150 illik yubileyini necə qarşılayır?

– Milli mətbuatımızın 150 illik yubileyini böyük qürur hissi ilə qarşılayıram. Milli mətbuatımızın 150 illik yubileyi mənim üçün təkcə bir tarix deyil, həm də xalqımızın maariflənməsi, düşüncəsinin formalaşması və milli kimliyimizin təbliği baxımından böyük əhəmiyyət daşıyan mühüm bir mərhələdir. Bu əlamətdar hadisə təkcə jurnalistikanın deyil, bütövlükdə Azərbaycan xalqının mədəni-mənəvi tarixinin bir parçasıdır. Milli mətbuatın 150 illik yubileyi Həsən bəy Zərdabinin 1875-ci ildə “Əkinçi” qəzetini nəşr etməsi ilə başlanan maarifçilik yolunun davamı edib bu günə çatması kimi qiymətlidir.

Bu yubiley yalnız keçmişə qayıdış deyil, həm də bu günün və gələcəyin jurnalistikasına ciddi mesajdır. Həm də milli mətbuatın inkişaf yolunu, keçdiyi mərhələləri, ideya istiqamətlərini və cəmiyyətə təsir imkanlarını dərindən təhlil etmək üçün bir fürsətdir. Bu yubiley həm də Həsən bəy Zərdabidən başlayaraq bu günə qədər sözün gücünə inanan, qələmini xalqın xidmətinə verən bütün qələm sahiblərinə bir ehtiram ifadəsidir.

– “Əkinçi” qəzetinin nəşri ilə başlanan milli mətbuatımız əsryarımlıq tarixində hansı mərhələlərdən keçib?

– 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu və bu hadisə milli oyanışın, maarifçiliyin və ictimai fikirin formalaşmasının başlanğıcı oldu. Bu 150 illik tarixi aşağıdakı mərhələlərə bölmək olar: maarifçilik və milli oyanış dövrü (1875–1905); ictimai-siyasi mübarizə və mətbuatın demokratik inkişaf dövrü (1905–1920); sovet dövrü və mətbuatın ideoloji nəzarətdə olması (1920–1991); müstəqillik dövrü və mətbuatın liberallaşması (1991–2000-ci illər); müasir dövr – rəqəmsallaşma və yeni informasiya mühiti (2000-ci illərin sonlarından bu günə qədər). Ola bilsin, bəzi əlavələr də etmək olar, amma mətbuat tariximizin zəngin tarixi bu cür görünür.

Azərbaycan milli mətbuatı 150 illik inkişaf yolu keçərək maarifçilikdən rəqəmsal mediaya qədər mühüm mərhələləri yaşayıb. Bu tarixi yol xalqın siyasi və mədəni şüurunun formalaşmasında əvəzsiz rol oynayıb. “Əkinçi” qəzetindən başlanan bu yol, bu gün də müstəqil, obyektiv və peşəkar medianın inkişafına aparan bir yoldur.

– Bu mərhələlərdən hansı daha çox demokratik olub?

– 150 illik Azərbaycan mətbuat tarixi boyunca müxtəlif dövrlər özünün fərqli ictimai-siyasi və mədəni çalarları ilə seçilsə də, demokratik prinsiplərin daha aydın şəkildə təzahür etdiyi dövrlər məhduddur. 1905–1920-ci illəri – “İctimai-siyasi mübarizə və mətbuatın demokratik inkişaf dövrü” kimi təqdim olunan mərhələni ən çox demokratik xüsusiyyətlərə malik dövr kimi qiymətləndirmək mümkündür. Xüsusi vurğulanmalıdır ki, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə mətbuat azad idi, tam senzurasız idi. AXC mətbuat azadlığını hüquqi cəhətdən tanımış və müxtəlif siyasi spektrə malik qəzetlər nəşr olunmuşdur. Amma sadaladığımız mərhələləri təhlil etdikdə, ən çox demokratik adlandırıla biləcək dövr kimi 1991–2000-ci illər – müstəqillik dövründə mətbuatın liberallaşması mərhələsi ön plana çıxır.

– Bəs sovet dövrü mətbuatı ilə müstəqillik epoxası mediası arasında hansı fərq və ənənə bağlılığı var?

– Bu gün ən çox üzləşdiyimiz suallardandır bu. Sovet dövründə mətbuatın funksiyası və missiyası ilə müstəqillikdən sonrakı dövrün mətbuat modeli arasında ciddi fərqlər var, yığcam olaraq bunları demək olar. Sovet dövründə mətbuat dövlətin ideoloji aləti kimi çıxış edirdi. Əsas məqsədi kommunist ideologiyasını təbliğ etmək, sovet həyat tərzini tərifləmək və əhalini vahid fikrə yönəltmək idi. Mətbuat senzura altındaydı və tənqidə yer yox idi. Bütün mətbuat orqanları birbaşa partiya və dövlət tərəfindən idarə olunurdu. Mətbuat daha çox informasiya ötürən deyil, rejimin təbliğatını yayan və əhalini yönləndirən vasitə idi, rəsmi senzura mövcud idi. Yalnız dövlətin təsdiq etdiyi məlumatlar yayımlanırdı və s.

Müstəqillikdən sonra media plüralizm və fikir azadlığı üçün zəmin yaranmağa başladı. Fərqli baxışları əks etdirən qəzet, televiziya və onlayn platformalar ortaya çıxdı. Mətbuat tədricən cəmiyyətin maraqlarını ifadə etməyə və ictimai nəzarət funksiyasını yerinə yetirməyə başladı. Jurnalistlər daha sərbəst fəaliyyət göstərməyə başladılar. Özəl media qurumları yarandı, lakin iqtisadi təzyiqlər hələ də medianın müstəqilliyini məhdudlaşdıra bilir. Mətbuatın əsas funksiyası informasiya vermək, araşdırma aparmaq, hökumət və ictimai institutlar üzərində nəzarət mexanizmi kimi çıxış etməkdir.

Sovet dövrünün mətbuatı bir ideologiyanın təbliğat maşını idisə, müstəqillik dövründə mətbuat getdikcə daha çox ictimai maraqlara xidmət edir.

– Jurnalistlərə uzun illər dərs demisiniz, indi Azərbaycan mətbuatında çalışanların hamısının müəllimi olmusunuz. Bugünkü tələbələr 150 illik zəngin irsi və ənənəni necə davam etdirəcək?

– Jurnalistlərə uzun illər dərs demək mənə həm böyük bir məsuliyyət, həm də ilhamverici bir təcrübə bəxş edib. Bu gün jurnalistika tələbələrində məni sevindirən əsas keyfiyyətlərdən biri onların açıq fikirli və texnologiyaya uyğunlaşma bacarığıdır. Onlar sürətlə dəyişən media mühitində sosial medianın, rəqəmsal alətlərin və yeni platformaların imkanlarını yaxşı anlayırlar. Əlavə olaraq, bir çox tələbələr artıq tələbəlik dövründə aktiv olaraq məqalələr yazır, videolar çəkir, podkastlar hazırlayır – yəni real təcrübə toplayırlar.

Digər tərəfdən, çatışmazlıqlar da var ki, bunlar zaman-zaman məni narahat edir. Məsələn, jurnalistikanın əsas prinsipləri – obyektivlik, faktlara əsaslanmaq, mənbələrlə düzgün işləmək kimi dəyərlərin bəzən arxa planda qalması müşahidə olunur. Bəzən gənc jurnalistlər sensasiyaya və ya tez tanınmağa daha çox üstünlük verirlər, bu isə peşəkar jurnalistika üçün risklidir. Eyni zamanda, oxuma vərdişlərinin zəifləməsi, dərin analitik təhlillərə marağın azalması da diqqətçəkəndir. Buna baxmayaraq, inanıram ki, düzgün istiqamətləndirmə və dəstək ilə bu gənclər Azərbaycan jurnalistikasının daha peşəkar və güvənilən gələcəyini formalaşdıra bilərlər.

– Sosial media və rəqəmsal platformaların artması ənənəvi jurnalistikanın nüfuzuna ciddi təsir göstərir?

– Sosial media və rəqəmsal platformaların artması klassik jurnalistikanın nüfuzuna həm müsbət, həm də mənfi təsirlər göstərmişdir. Bu prosesi həm inkişaf, həm də müəyyən dərəcədə təhlükə kimi qiymətləndirmək olar.

Sosial media vasitəsilə xəbərlər daha sürətli yayılır və geniş auditoriyaya çatır. İnsanlar hadisələrdən real vaxtda xəbərdar olurlar. Vətəndaş jurnalistikası yaranıb. Artıq hər bir sosial media istifadəçisi potensial jurnalistə çevrilib. Bu, informasiya mənbələrinin müxtəlifliyini artırır və cəmiyyətin daha aktiv iştirakını təmin edir. Əlaqə və interaktivlik çox artıb.

Amma ciddi təhlükələrlə də üz-üzəyik. Dezinformasiya və feyk xəbərlər sürətlə yayılmaqdadır. Sosial mediada nəzarətsiz və qeyri-rəsmi məlumatların yayılması ictimai rəyə ciddi təsir göstərir, jurnalistikanın etibarlılığına zərbə vurur. Peşəkar jurnalistika kölgədə qalıb. Peşəkar redaktə və fakt yoxlanışı keçməyən paylaşımlar jurnalistikanı “hər kəsin edə biləcəyi” bir sahəyə çevirərək keyfiyyət meyarlarını zəiflədib. Əsas məsələ yeni medianın üstünlüklərindən faydalanaraq, klassik jurnalistikanın prinsiplərini qorumaqdır.

– Sonda 150 illik yubiley münasibətilə həm həmkarlarınıza, həm də oxuculara nə demək istərdiniz?

– 150 illik yubiley bizim üçün yalnız keçmişə qürurla baxmaq deyil, eyni zamanda, gələcəyə olan inamımızı, məsuliyyətimizi də ifadə edir. Bu möhtəşəm tarix peşəmizə göstərilən dərin hörmətin, əməyin, zəhmətin və qələmin gücünə olan inamın təcəssümüdür. Jurnalistikanın cəmiyyətin inkişafında, maarifləndirmə və həqiqətin işıqlandırılmasında oynadığı rol bu 150 ildə bir daha sübut olunub. Bu tarixi gün, həm də bizə gələcəyə daha böyük məsuliyyətlə, daha yüksək peşəkarlıqla yanaşmaq zərurətini xatırladır.

Mənim üçün milli mətbuatın yubileyi həm də gənc nəsil jurnalistlərə bir çağırışdır – onlar yalnız informasiya ötürücüsü deyil, həm də milli düşüncənin daşıyıcıları və cəmiyyətin mənəvi bələdçiləri olmalıdırlar. Perşəkar həmkarlarımın dürüstlük, prinsipiallıq və peşəkarlıq prinsiplərinə sadiqliyi ilə öyünürəm. Audittoriya da bizim üçün çox qiymətlidir. Bizim yazdıqlarımız onlar üçün dəyərli olduqca, qələmimizin məsuliyyəti də artır. Onların etibarı, dəstəyi və davamlı marağı bizi irəli aparır.

– Maraqlı söhbət üçün ustadımıza təşəkkür edirik.

Söhbəti apardı:
Namiq QƏDİMOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see397

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see185

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see166

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see144

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see134

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see130

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see127

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see127

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see126

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see126

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see123

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see121

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see120

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see116

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri