Anadolu Agentliyinin rəhbəri: Qarabağ Zəfərini ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 30 may, N.Əsgərov, AZƏRTAC
“Bir millət, iki dövlət – Türkiyə və Azərbaycan” olaraq hər zaman birlik və bərabərlik içərisindəyik. Bu gün Azərbaycan milli mətbuatı 150 yaşındadır. Anadolu Agentliyi olaraq Türk Xəbər Agentlikləri Birliyinin üzvü kimi qardaş agentlik olan AZƏRTAC-la əməkdaşlıq şəraitində fəaliyyətimizə davam edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “MEDİAFEST-2025” tədbirinə ünvanladığı videotəbrikdə Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz bildirib.
O deyib: “Azərbaycanın möhtəşəm qələbəsini – Qarabağ Zəfərini də ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq. Bu kitab qardaş ölkənin haqlı mübarizəsinin və Zəfərinin bütün dünyada eşidilməsinə öz töhfəsini verdi. Mən Anadolu Agentliyi adından Azərbaycan milli mətbuatının 150-ci ildönümünü bir daha ürəkdən təbrik edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















