Icma.az
close
up
RU
Anadoluda qədim insan izləri: Skeletlər DNT analizi edilib

Anadoluda qədim insan izləri: Skeletlər DNT analizi edilib

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyənin Muğla bölgəsi, Seydikəmər səmtindəki Girmələr  kurqan qəsəbəsindəki qazıntılar zamanı tapılan skeletlər üzərində aparılan DNT analizlərində “erkən Anadolu geni” aşkarlanıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Girmələr məhəlləsindəki ərazidə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Aralıq dənizi Universitetinin dəstəyi ilə professor Taner Qorqud və professor doktor Burçin Erdoğunun rəhbərliyi ilə qazıntı işləri aparılır. Qazıntı sahəsinin müdiri B.Erdoğu AA müxbirinə bildirib ki, Girmələrdəki mağaraların ağzında və çöl hissəsində dağıdılan kurqanın dibində qazıntı işləri aparılıb. Girmələrdə ilk məskunlaşmanın 14 min il əvvələ aid olduğunu bildirən Erdoğu, məqsədlərinin ən erkən məskunlaşma təbəqələrini müəyyən edərək mədəni təbəqələri anlamaq olduğunu qeyd edib. Girmələr qəsəbəsindəki tapıntıların Qərbi Anadoluda əkinçiliyin başlanğıcı adlandırıla biləcək prosesi əks etdirdiyini bildirən Erdoğu, bunları söyləyib: "Eramızdan əvvəl  IX minillikdə Girmələrdə insanların dairəvi planlı daxmalarda yaşadıqları və ilk dəfə əkinçiliklə məşğul olduqları anlaşılır. Ovçu-yığıcı cəmiyyət olmalarına baxmayaraq, əkinçiliklə məşğul olduqları anlaşılır. Bu proses çox əhəmiyyətlidir, çünki Qərbi Anadoluda ilk dəfə rast gəlinir və eramızdan əvvəl 7-ci minillikdə köç və ya müstəmləkəçilik nəticəsində bu bölgədə ilk yaşayış məskənlərinin meydana gəldiyi Girmələr qazıntısı bu fikri tamamilə dəyişdirir". Erdoğu, buradakı insanların Qərbi Anadoludakı demək olar bütün məskunlaşmış əkinçilik icmalarının əcdadları olduğunun ortaya çıxdığını vurğulayıb. Girmələrdə yaşayan insanlara aid məzarları tapdıqlarını ifadə edən Erdoğu, "Qərbi Anadoluda bu günə qədər məlum olan ən qədim skeletlərə sahib olan Girmeler qəsəbəsində skeletlər üzərində qədim DNT araşdırmaları aparıldı. Bu dövrə aid skeletlər üzərində aparılan qədim DNT araşdırmaları nəticəsində erkən Anadolu geninə rast gəlindi" deyib. Orta Anadoluda "Anadolu geni" olaraq bilinən Pınarbaşı skeletlərindəki genlərin eramızdan əvvəl 17.000-ci ilə aid edilənlərə bənzədiyini izah edən Erdoğu, Girmələrin Qərbi Anadoludakı bütün ilk əkinçilik cəmiyyətlərinin əcdadları olduğunu ifadə edib. Qəsəbənin bölgədə ilk keramika və dulusçuluq istehsalı baxımından da əhəmiyyətli olduğunu vurğulayan Erdoğu bunun Qərbi Anadolu üçün ilklərdən biri olduğunu dilə gətirib. Girmələr qəsəbəsinin kənarında yığıncaqlar, mərasimlər və ritual fəaliyyətlər üçün nəzərdə tutulan üç xüsusi tikilinin aşkar edildiyini bildirən Erdoğu, bunların kiçik daş parçaları sönmüş əhənglə qarışdırılaraq düzəldilmiş, həndəsi və ya xətti naxışlarla bəzədilmiş terrazzo əsaslı tikililər olduğunu söyləyib. Bu xüsusi tikililərdən birinin altında dəfnlərin tapıldığını deyən Erdoğu bunun Qərbi Anadolu arxeologiyası üçün bir ilk olduğunu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri