Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Əmircan məsçidinin zirzəmisindəki skeletlər kimə aiddir?

Əmircan məsçidinin zirzəmisindəki skeletlər kimə aiddir?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bir neçə gün qabaq Lent.az-ın müxbiri Rəhman Mirzəlizadə Əmircan kəndindəki Nizaməddin məsçidindən reportaj hazırlamışdı. Maraqla oxudum. Reportajda məsçidin tarixindən əlavə maraqlı bir fakt da əksini tapıb: zirzəmidəki skeletlər!

Hə, məsçidin zirzəmisində insan skeletləri var. Skeletlərin kimlərə aid olması haqqında isə, ancaq fərziyyələr.

Elə reportajda da bu fərziyyələr sadalanır. Təkrarçılıq olsa da, mən də bir daha qeyd edim:

Birinci fərziyyə: 1928-ci ildə qırmızılar dinlə mübarizəyə başlayandan sonra bir gecə məsçidə hücum edib, içəridə namaz qılanları güllələyiblər.

İkinci fərziyyə: Həccə gedən zəvvarlardan kimsə öləndə, bu zirzəmiyə qoyurmuşlar ki, qayıdanda gəlib aparsınlar, amma bəzilərini aparmayıblar.

Üçüncü fərziyyə: bu da ziyarətlə bağlıdır, amma başqa cür. Əvvəllər bəzi dindar adamlar öləndə nəşinin aparılıb müqəddəs torpaqlarda basdırılmasını vəsiyyət edirdi. Bu işi ya qohumları görürdü, ya da həmin torpaqlara gedən tacirlərə pul verirdilər ki, nəşi aparıb basdırsınlar. Tacirlər də əksərən pulu alıb meyitləri yolda tullayırdılar. Üçüncü fərziyyə də, burdakı skeletlərin həmin dindarlara aid olduğudur.

Başqa bir versiyanı isə kənd sakini rəssam Fərhad Muradov verir. O deyir ki, bura, ümumiyyətlə, məsçid kimi tikilməyib, ziyarətə gedənlərin toplaşma məntəqəsi kimi tikilib, sonradan məsçidə çevrilib. Məntəqə tikilməmişdən qabaq isə bura atəşpərəstlərin məbədi olub. Zirzəmidəki skeletlər də həmin atəşpərəstlərə aiddir, tarixi eradan əvvələ gedib çıxır. Skeletlərdən bəzisinin boyu iki metrə çatdığı üçün Fərhad müəllim bu qənaətə gəlib (Fərhad müəllim dəqiq mənbə göstərmədiyi üçün onun dediklərini şəxsi qənaət kimi dəyərləndirirəm).

Reportaj yayımlanandan sonra müxbir Rəhman bəy Mədəniyyət Nazirliyinə sorğu göndərib, sorğuya cavab olaraq bildirilib ki, məsələ diqqətdə salanılır (!), araşdırma aparılacaq…

Ən əvvəl, öz fikrimi deyim ki, skeletlərin eradan əvvələ aid olduğu fikrinə inanmıram. Atəşpərəstlərə aid ola bilər, çünki bildiyimiz kimi, zərdüştilər torpağı mundarlamamaq üçün meyitləri basdırmırdılar, açıq havada qoyurdular, yırtıcı quşlar, heyvanlar meyitin ətini didəndən sonra sümükləri yığıb sərdabəyə yerləşdirirdilər. Bu adət təkcə eradan əvvəl yox, elə eramızın orta əsrlərinə qədər kütləvi şəkildə mövcud olub (ondan sonra da mövcud olması istisna deyil). Əgər boylarının iki metrə yaxın olması əsas götürülürsə, bu da çox ciddi arqument deyil. Çünki indinin özündə də boyu iki metrə çatan adamlar çoxdur. Və başqa bir sual: sümük iki min il açıq havada qala bilərmi? Buna mütəxəssislər fikir bildirməlidir, amma şəxsən mən buna da inanmıram.

Həm də başqa bir detal: müxbir yerdən “ağac budağı kimi” çıxmış iki omba sümüyünə diqqət çəkir və fərziyyəsini irəli sürür ki, bəlkə də nəşi yarıya qədər başıaşağı torpağa basdırıblar… Atəşpərəstlər bunu niyə etsin? Əgər belə bir hal varsa, demək, burda qəsdən insan öldürülüb və hətta, meyiti də alçaldılıb.

Sovet vaxtı kütləvi güllələnmə mənə daha real görünür, amma elə olsa, sümüklərdə giliz yerləri də qalmış olardı. Bəlkə də, var? Orada olub skeletləri görmədiyim üçün, iddia edə bilmərəm.

Məncə, əsas məsələ başqadır. Fərhad müəllim deyir ki, Sovet vaxtı ermənilər məsçiddəki kitabələri Ermənistana aparıb, heç kim də soruşmayıb ki, neynirsiz?

Bunu başa düşdük, bəs müstəqillik dövründə niyə heç kim bura ilə maraqlanmayıb? Ya Mədəniyyət Nazirliyi, ya Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və ya bilmədiyim başqa aidiyyatı qurumlar indiyə qədər niyə burda araşdırma aparmayıb? Necə yəni o boyda Nazirliyin, dövlət qurumlarının, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, heç kimin məlumatı, xəbəri yoxdur bu skeletlər kimə aiddir? Sümüklər qalıb başlı-başına, ayaq altında. Kim istəyir kəllə sümüyünü əlinə götürüb şəkil çəkdirir, kim istəyir təpik vurur... Tarix bir tərəfə, bu axı heç insanlığa da sığmır.

"Behzat Ç." ekranlara qayıdır Qızlarının həyatını zəhər edən dahi Zorən xuliqan - Alberto Moravianın hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri