Icma.az
close
up
RU
Əmircan məscidinin zirzəmisindəki skeletlər kimə aiddir?

Əmircan məscidinin zirzəmisindəki skeletlər kimə aiddir?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bir neçə gün qabaq Lent.az-ın müxbiri Rəhman Mirzəlizadə Əmircan kəndindəki Nizaməddin məscidindən reportaj hazırlamışdı. Maraqla oxudum. Reportajda məscidin tarixindən əlavə maraqlı bir fakt da əksini tapıb: zirzəmidəki skeletlər!

Hə, məscidin zirzəmisində insan skeletləri var. Skeletlərin kimlərə aid olması haqqında isə, ancaq fərziyyələr.

Elə reportajda da bu fərziyyələr sadalanır. Təkrarçılıq olsa da, mən də bir daha qeyd edim:

Birinci fərziyyə: 1928-ci ildə qırmızılar dinlə mübarizəyə başlayandan sonra bir gecə məscidə hücum edib, içəridə namaz qılanları güllələyiblər.

İkinci fərziyyə: Həccə gedən zəvvarlardan kimsə öləndə, bu zirzəmiyə qoyurmuşlar ki, qayıdanda gəlib aparsınlar, amma bəzilərini aparmayıblar.

Üçüncü fərziyyə: bu da ziyarətlə bağlıdır, amma başqa cür. Əvvəllər bəzi dindar adamlar öləndə nəşinin aparılıb müqəddəs torpaqlarda basdırılmasını vəsiyyət edirdi. Bu işi ya qohumları görürdü, ya da həmin torpaqlara gedən tacirlərə pul verirdilər ki, nəşi aparıb basdırsınlar. Tacirlər də əksərən pulu alıb meyitləri yolda tullayırdılar. Üçüncü fərziyyə də, burdakı skeletlərin həmin dindarlara aid olduğudur.

Başqa bir versiyanı isə kənd sakini rəssam Fərhad Muradov verir. O deyir ki, bura, ümumiyyətlə, məscid kimi tikilməyib, ziyarətə gedənlərin toplaşma məntəqəsi kimi tikilib, sonradan məscidə çevrilib. Məntəqə tikilməmişdən qabaq isə bura atəşpərəstlərin məbədi olub. Zirzəmidəki skeletlər də həmin atəşpərəstlərə aiddir, tarixi eradan əvvələ gedib çıxır. Skeletlərdən bəzisinin boyu iki metrə çatdığı üçün Fərhad müəllim bu qənaətə gəlib (Fərhad müəllim dəqiq mənbə göstərmədiyi üçün onun dediklərini şəxsi qənaət kimi dəyərləndirirəm).

Reportaj yayımlanandan sonra müxbir Rəhman bəy Mədəniyyət Nazirliyinə sorğu göndərib, sorğuya cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılır (!), araşdırma aparılacaq…

Ən əvvəl, öz fikrimi deyim ki, skeletlərin eradan əvvələ aid olduğu fikrinə inanmıram. Atəşpərəstlərə aid ola bilər, çünki bildiyimiz kimi, zərdüştilər torpağı mundarlamamaq üçün meyitləri basdırmırdılar, açıq havada qoyurdular, yırtıcı quşlar, heyvanlar meyitin ətini didəndən sonra sümükləri yığıb sərdabəyə yerləşdirirdilər. Bu adət təkcə eradan əvvəl yox, elə eramızın orta əsrlərinə qədər kütləvi şəkildə mövcud olub (ondan sonra da mövcud olması istisna deyil). Əgər boylarının iki metrə yaxın olması əsas götürülürsə, bu da çox ciddi arqument deyil. Çünki indinin özündə də boyu iki metrə çatan adamlar çoxdur. Və başqa bir sual: sümük iki min il açıq havada qala bilərmi? Buna mütəxəssislər fikir bildirməlidir, amma şəxsən mən buna da inanmıram.

Həm də başqa bir detal: müxbir yerdən “ağac budağı kimi” çıxmış iki omba sümüyünə diqqət çəkir və fərziyyəsini irəli sürür ki, bəlkə də nəşi yarıya qədər başıaşağı torpağa basdırıblar… Atəşpərəstlər bunu niyə etsin? Əgər belə bir hal varsa, demək, burda qəsdən insan öldürülüb və hətta, meyiti də alçaldılıb.

Sovet vaxtı kütləvi güllələnmə mənə daha real görünür, amma elə olsa, sümüklərdə güllə yerləri də qalmış olardı. Bəlkə də, var? Orada olub skeletləri görmədiyim üçün, iddia edə bilmərəm.

Məncə, əsas məsələ başqadır. Fərhad müəllim deyir ki, Sovet vaxtı ermənilər məsciddəki kitabələri Ermənistana aparıb, heç kim də soruşmayıb ki, neynirsiz?

Bunu başa düşdük, bəs müstəqillik dövründə niyə heç kim bura ilə maraqlanmayıb? Ya Mədəniyyət Nazirliyi, ya Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və ya bilmədiyim başqa aidiyyatı qurumlar indiyə qədər niyə burda araşdırma aparmayıb? Necə yəni o boyda Nazirliyin, dövlət qurumlarının, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, heç kimin məlumatı, xəbəri yoxdur bu skeletlər kimə aiddir?

Belə şey olar?

Ümumiyyətlə, o skeletlər niyə orda qalıb hələ də? Niyə yığışdırılmır?

Əgər kimə aid olduğu bilinmirsə, bu sümüklər niyə hələ də saxlanılır orda? Nə adla saxlanılır?

Sümüklər qalıb başlı-başına, ayaq altında. Kim istəyir kəllə sümüyünü əlinə götürüb şəkil çəkdirir, kim istəyir təpik vurur... Tarix bir tərəfə, bu axı heç insanlığa da sığmır.

Yalnız qadınlar üçün Həftənin ən yaxşı xəbəri Lev Tolstoyun aforizmləri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see475

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see347

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see328

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see323

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see322

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see298

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see296

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see296

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see288

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see283

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see282

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see271

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see263

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see262

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see259

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see235

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see231

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see219

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri