Icma.az
close
up
RU
Anakarada Bakı Milli Geyim Evinin təqdimatında Qarabağ geyimləri nümayiş olundu FOTOLAR

Anakarada Bakı Milli Geyim Evinin təqdimatında Qarabağ geyimləri nümayiş olundu FOTOLAR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

26-28 Fevral tarixlərində Ankarada ATO Congresium-da Ankara Moda Sərgisi  baş tutdu. Anadoludakı ən böyük Beynəlxalq Ankara Moda Sərgisi müxtəlif ölkələrdən iştirakçı və ziyarətçilərə ev sahibliyi etdi. Ankara Geyim İstehsalçıları Dərnəyinin əməkdaşlığı və KOSGEB-in dəstəyi ilə təşkil edilən Ankara Moda Sərgisində ən maraq doğuran məqamlardan biri də Azərbaycanın milli ənənələrinə sadiq Bakı Milli Geyim Evinin "Ənənədən gəlcəyə" adlı dəfiləsi və sərgisi oldu. 

 Tarixi geyimlərimizin tanınmış modellərin təqdimatındakı nümayişi böyük maraqla qarşılandı. 

“Bakı Milli Geyim Evi”nin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyli bildirdi ki, Ankrada baş tutan bu dəfilə qonaqlar, izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb: 

"Biz buraya yeni kolleksiyalarımızla gəldik. Bilirsiniz ki, Bakı Milli Geyim evi hər zaman hazırladığı milli geyimləri, tarixi ənənələrə söykənən ornamentlərlə hazırlanan geyimləri ilə fərqlənib. Azərbaycanın milli geyimində xüsusi yer tutan Qarabağ libaslarımız burada xüsusi marağa səbəb oldu. Geyimlərimzdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapdı. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Dəfilədə nümayiş etdirdiyimiz geyimlərimiz Qarabağın bölgələrini təcəssüm etdi və həmin bölgələrin canlı obrazını yaratmış olduq. Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Qarabağ geyimlərimiz  iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 

Bilirsiniz ki, “Bakı Milli Geyim Evi” ənənəvi etnik geyim elementlərini qoruyub saxlamaqla, onların unikal və innovativ elementlərini yeni nəslə ötürür. Məqsəd tarixi milli geyimlərin elementlərini adi geyimlərlə birləşdirərək, onlardan yalnız xüsusi günlərdə deyil, həmçinin adi günlərdə də istifadə etməyə nail olmaqdır. “Bakı Milli Geyim Evi”nin hazırladığı milli geyimlər Azərbaycanda bir çox muzeylərin kolleksiyalarında yer alıb. Bakı Milli Geyim Evinin “Borçalı”, “Şuşa”, “Şəki”, “Şirvan”, “Lənkəran” kimi bir çox tanınmış kolleksiyaları var. Biz bu gün daha çox Qarabağ kolleksiyamıza üstünlük verdik. Ondan da çox müsbət geri dönüşlər aldıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri