Icma.az
close
up
RU
Analitik: Bakı İran İsrail böhranında vasitəçi ola bilər

Analitik: Bakı İran İsrail böhranında vasitəçi ola bilər

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ancaq Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbətə doğru əvəzləməsi çətin məsələdir


Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində İsrail-İran gərginliyinə münasibət bildirib. O, Azərbaycanın münaqişə ilə bağlı tutduğu mövqeyə diqqət çəkərək deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur.

Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. 

Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”. 


“Sherg.az” xəbər verir ki, Siyasi Tədqiqatlar Mərkəzinin əməkdaşı  Aqşin Kərimov E. Əmirbəyovun mövqeyinin mahiyyətində incə, həssas diplomatik nüansların olduğuna diqqət çəkib. Onun fikrincə E. Əmirbəyov İsraillə İran arasında vasitəçilik üçün Azərbaycanın müxtəlif diplomatiya formatlarından istifadə etməsini sensasion mesaj kimi çatdırır:


 “Ehtimal ki, Azərbaycan İranla İsrailin heç olmasa, texniki xarakterli razılıq əldə etməsi üçün görüşlərin təşkil edilməsinə səy göstərir. Bu, görüşlərin baş tutacağı təqdirdə, Azərbaycan İranla İsrail arasındakı brokerliyini məhdud çərçivələrdən çıxarıb onu daha çoxşaxəli diplomatiya kanalı kimi inkişaf etdirə bilər.  

Azərbaycanın hərbi eskalasiya və ya geosiyasi qarşıdurma tərəflərini eyni masa ətrafına cəmləmək təcrübəsi, bunun İran-İsrail münasibətlərindəki elementləri rəsmi Bakının yeni dünya nizamındakı geosiyasi mövqeyinə yenilik gətirir. 

Əgər Azərbaycanın diplomatiya marşrutlarını inkişaf etdirərək, bunu 1979-cu il İslam İnqilabından bu yana bir-birlərinə düşmən mövqe sərgiləyən İran-İsrail qarşıdurmasına proyeksiya edirsə, bu, olduqca müsbət haldır.  Bununla belə,  Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbətə doğru əvəzləməsi çətin məsələdir.  Burada sual olunur: Azərbaycan İranla İsrail arasında mümkün genişmiqyası gərginlik zamanı onları razılıq üçün vahid bir diplomatik mövqeyə gətirə biləcəkmi? Hipotetik olaraq, bu, mümkündür, çünki Azərbaycan hər iki tərəfin fikir mübadiləsi aparması və onların bir-birlərinə etimad mühitini formalaşdırmaq üçün unikal imkanlara malik ola bilər. Ancaq bu, İranla İsrailin strateji mövqelənmələri səbəbilə bir-birlərinə göstərdiyi kəskin rəqabət performasının öhdəsindən gəlmək üçün yetərli olmayacaq”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri