Icma.az
close
up
RU
Analitik: Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib

Analitik: Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bu təzyiqləri birgə önləmək yaxşı effekt verə bilər

Heç şübhəsiz ki, Ermənistan üzərindən Qərbin Cənubi Qafqaza nüfuz etməyə can atmasının hansı fəsadlar törədəcəyi Tbilisini də qayğılandırır


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edib. Baş nazir ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla təkbətək görüşlər keçirib. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilib. Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak ediblər. İki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələlər, müxtəlif sektorlardakı strateji tərəfdaşlıq müzakirə olunub. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib ki, Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyası çox mühüm formatdır. Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd edilib. Regionda sülhün və sabitliyin vacibliyi də vurğulanıb. İ.Kobaxidze Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib. Baş nazir Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib ki, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Baş nazirin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib: “Hörmətli baş nazir, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən müddət ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu əməkdaşlıq bütün mühüm sahələri əhatə edir və 140-a yaxın sənəd daxil olmaqla geniş hüquqi bazaya malikdir. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Çətin anlarda hər zaman bir-birimizin yanındayıq. Bu ənənə bu gün də davam edir. Mən xüsusilə ərazi bütövlüyü mövzusunda qarşılıqlı dəstəyi qeyd etmək istərdim. İqtisadi-ticari əməkdaşlığımız həmişə çox vacibdir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Düzdür, ötən il ticarət dövriyyəmiz bir qədər azalıb, amma əminəm ki, bu, müvəqqəti xarakter daşıyır. Biz iqtisadi potensialı tam reallaşdırmaq üçün lazımi addımları atmalıyıq. Bu məsələ şübhəsiz ki, diqqət mərkəzində olacaq”. İrakli Kobaxidze bildirib ki, Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir: "Biz regionda konkret praktiki addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq, Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir". İ.Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasında dinamik əməkdaşlığa təkan verəcək: "Hər dəfə səfərimiz zamanı öz gözəlliyi və inkişaf tempi ilə bizi heyran edən bir şəhərdə - Bakıda olmaq mənim üçün böyük şərəfdir. Mən şadam ki, ilk dəfə olaraq 10-cu Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasına həmsədrlik etmək imkanı əldə edirəm. Mən dərindən əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dinamik və səmərəli olması üçün, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. Fürsətdən istifadə edərək, Azərbaycanı BMT-nin COP-29 konfransının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Şadam ki, COP-29-un işində iştirak etmək imkanım oldu. Mən bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə sizə təşəkkür etmək istəyirəm”. Onun sözlərinə görə, regionda və dünyada sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə regional inkişafın və davamlı rifahın əsas şərti kimi sülh və sabitliyə daha da böyük önəm verilir: “Əminəm ki, birgə səylərlə biz nəinki bütün çətinliklərin öhdəsindən gələcəyik, hətta daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq. Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir".

İclasda qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib. Neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açıldı, gündəlikdə duran yeni perspektivli layihələrə toxunulub. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqa layihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib. Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdiyi diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olunub. Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə olunub. Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edilib. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.


AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a bildirib ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra formalaşan parlamentə, hökumətə və prezidentə münasibət birmənalı olmayıb. Ekspertin sözlərinə görə, Qərb və gürcü müxalifəti həmin seçkilərin legitimliyini tanımadığını elan etdi. Lakin Gürcüstandakı müxalifətin təşkil etdiyi hökumət əleyhinə kütləvi etirazlar demək olar ki, səngiyib: 

seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri