Icma.az
close
up
RU
Analitik: Lavrovun Qərb mesajı populist xarakter daşıyır

Analitik: Lavrovun Qərb mesajı populist xarakter daşıyır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zeynal Əmrəliyev : “ABŞ-Rusiya dialoqu yumşalsa da, Qərbin geri çəkilməsi baş vermir”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qərb və xüsusilə də ABŞ-la bağlı səsləndirdiyi açıqlamalar beynəlxalq siyasi gündəmdə diqqət çəkib. 

Lavrov son çıxışında iddia edib ki, “artıq bəzi Qərb elitaları yeni çoxqütblü dünya nizamının bərqərar olmasının dönməzliyi və bu prosesi ləngitməyin mümkünsüzlüyünü dərk edirlər”. O, həmçinin xatırladıb ki, Rusiya 2007-ci il Münxen Konfransından etibarən dünyanın çoxqütblü olmasının qaçılmaz xarakter daşıdığını və bu obyektiv tarixi prosesə mane olmağın mənasız olduğunu vurğulayıb. Nazirə görə, hazırda beynəlxalq münasibətlər sistemində Rusiyanın mövqeyi ilə həmrəy olan aktorların sayı getdikcə artır.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Lavrovun bu açıqlamasının Rusiya-ABŞ arasında yaranan dialoq mühitinin nəticəsi olduğunu söyləyib: 

"Hazırda ABŞ-nin Rusiyaya qarşı yumşalma siyasəti apardığı görüntüsü formalaşır. Bu da Rusiya rəhbərliyində belə bir ümid yaradır ki, artıq ABŞ və Qərb Moskvaya münasibətdə müəyyən yumşalmaya gedirlər. Rusiya isə bunu öz xalqına sanki böyük bir qələbə qazanmış kimi təqdim etməyə çalışır, guya Qərb qarşısında üstünlük əldə ediblər. Lakin Rusiya ciddi resurs itkisinə məruz qalıb və demək olar ki, bir çox göstəricilərə görə Qərb dövlətlərindən xeyli geridədir. Bu fakt göstərir ki, iki tərəf arasındakı son yaxınlaşma prosesi heç də Qərb dövlətlərinin, xüsusilə də ABŞ-nin Rusiya qarşısında geri çəkilməsi demək deyil. Sadəcə olaraq dialoq mühiti yaranıb və həm Ukrayna münaqişəsinin həlli, həm də ABŞ-Rusiya münasibətlərinin bərpası istiqamətində addımlar atılır".

Politoloq Rusiya rəsmilərinin bunları “qalibiyyət” kimi təqdim etməsinin daxili auditoriyaya yönəldilmiş siyasi oyun olduğunu vurğulayıb: 

"Lavrov da hər zamankı kimi populist yanaşma ilə daxili auditoriyaya mesaj verir, sanki Qərb dövlətləri artıq Rusiyanın dedikləri ilə razılaşır və Rusiyanın istədiyi siyasəti həyata keçirirlər. Bu, sadəcə populist xarakterli açıqlamadır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri