Icma.az
close
up
RU
Analitik: Siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür, lakin 9 noyabr sənədi...

Analitik: Siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür, lakin 9 noyabr sənədi...

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 Həm 9 noyabr razılaşması həm də Vaşinqton razılaşması rəsmi sülh müqaviləsinə aparan yolda mərhələlərdir


Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın artıq qüvvədən düşdüyünü bəyan edib. Onun sözlərinə görə, bu sənədin aktual siyasi gündəmdə yeri yoxdur və “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. Paşinyan əlavə edib ki, “9 noyabr 9 noyabrda qaldı”.

Xatırladaq ki, həmin bəyanat Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında imzalanmış, 44 günlük müharibəni dayandıran əsas sənəd idi. Müqavilənin müddəaları əsasında Ermənistan işğal altında saxladığı bir sıra rayonlardan geri çəkilmiş, bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmiş və Laçın dəhlizindən istifadə qaydaları müəyyən olunmuşdu. Lakin sonrakı dövrdə sənədin bir çox bəndlərinin icrasında problemlər yarandı: qaçqınların geri dönüşü təmin edilmədi, əsir və girov məsələsi tam həll olunmadı, Laçın dəhlizi dəfələrlə bağlandı.

Paşinyanın bu açıqlaması əslində, Ermənistanın yeni reallıqları qəbul etdiyini göstərir. Ermənistan Baş naziri əslində Vaşinqtonda davam edən danışıqlara üstünlük verir və Moskva vasitəçiliyi ilə imzalanmış sənədlərin artıq reallığı əks etdirmədiyini düşünür. Beləliklə, Paşinyanın “9 noyabr 9 noyabrda qaldı” ifadəsi həm simvolik, həm də siyasi mesajdır: o, həm keçmişə qayıtmaq istəmədiyini bildirir, həm də Ermənistanın gələcək sülh danışıqlarında fərqli bir platforma üzərindən irəliləməyə çalışdığını ortaya qoyur.


Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, 9 noyabr bəyanatında Rusiya müəyyən qədər öz maraqlarını dövrəyə salmağa cəhd etmişdi:


"Əsasən Xankəndi və ümumiyyətlə Qarabağla bağlı tam həll olunmamış nöqtələr saxlamağa səy etmişdi. O zaman Rusiya sülhməramlıları vardı və separatçılar hələ silahı yerə qoymamışdı. Zəngəzur dəhlizi məsələsinin həlli açıq buraxılmışdı. Ancaq artıq o tarixi dövr geridə qaldı, Emənistan və Azərbaycan arasında məlum sülh prosesi səmərəli şəkildə davam etməkdədir. Əsas olan odur ki, hər iki dövlət bu yolda irəliləyir və danışıqlar aparır, sənədlər imzalayır. Vaşinqton razılaşması bu səylərin ən ali nümunəsidir. Əvvəlki 9 noyabr razılaşması o zamanın tələblərinə və durumuna görə əsas sayılırdı. O sənəddə bir qədər fərqli məsələlər ətrafında razılıqlar əldə olunmuşdu. Vaşinqton bəyannaməsində isə əvvəlkində olmayan müddəalar da yer alır. Bu baxımdan sonuncunu daha təkmil, daha etibarlı saymaq olar. Həmçinin 9 noyabr sənədi Rusiyanın iştirakı ilə, Vaşinqton razılaşması ilə ABŞ-nin iştirakı ilə baş tutub".


Analitikin sözlərinə görə, siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür:

"Lakin 9 noyabr sənədinin də müəyyən bəndlərinin əhəmiyyəti qalır ki, bunu da hazırki proseslər üçün baza hesab etmək olar. Bütün bunlar rəsmi sülh müqaviləsi tam imzalandıqdan sonra hüququ əhəmiyyətini ortaya qoyacaq. Sözü gedən anlaşmalar bəyannamə xarakterlidir. Sülh müqaviləsi isə başqadır. Müqavilə rəsmi, hüquqi öhdəlik sənədidir.  siyasi və hüquqi baxımdan Vaşinqton razılaşması daha üstündür.  Həm 9 noyabr razılaşması həm də Vaşinqton razılaşması rəsmi sülh müqaviləsinə aparan yolda mərhələlərdir. Burada da Vaşinqton anlaşması daha etibarlı daha mükəmməl daha əlverişlidir. 9 noyabr razılaşmasında artıq həllini tapmış məsələlər vardı ki, indi o mövzular qapanıb. İstinad sənədi kimi qüvvəsini saxlayır. Lakin sülh müqaviləsi imzalandıqdan sonra əsas hüquqi sənəd satılacaq. Hər bir halda 9 noyabr bəyanatı Rusiyanın bu prosesə müdaxiləsinə əsas sayılacaq qüvvədə deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri