Icma.az
close
up
RU
“Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib”

“Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azarkeşlərimizi təbrik edirəm. Futbolçularıma hər zaman “döyüşçülərim” deyirəm. Sonuna kimi vuruşdular. Güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım azərbaycanlıya xas xarakter göstərdilər. Qarşıdakı oyunlara hazırlaşmalıyıq” 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”nin baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

- Kadi sağ cinahda başladı. Bu Mark Kukurellaya görə atılmış addım idi?

- Deməzdim sırf ona görə idi. Amma rəqibin oyununa görə etdik.

- Mənə görə 90 dəqiqəyə görə ilk xalı itirdik. Siz necə fikirləşirsiniz?

- Bu cür düşünmürəm. Xalımızın üstünə xal gəlibsə, bunu qazanmış sayıram. Bu gün də bir xal qazandıq.

- Kənarda bu qədər soyuqqanlı davranmağı necə bacarırısınız?

- Xarakterim budur. Nə varsa odur.

- 2017-ci ildə “Çelsi” ilə matçdan sonra demişdiniz ki, onlar bizə kiçik komanda kimi baxdılar. Siz onların ehtiyat oyunçuların start heyətdə olduğunu görəndə eyni fikri düşündünüz?

- Belə böyük komandalarda ikinci heyət deyə düşünmürəm. İlk dəfə deyil ki, bu heyəti bizə qarşı buraxdılar. Çünki bütün oyunlarda futbolçuları rotasiya etmək məcburiyyətindədirlər. Niyə onu demişəm, bilmirəm. Bəlkə də oyunun hansısa hissəsində elə fikir yaranıb.

- Kadi ilk hissədə əvəzləndi. İlkin vəziyyəti necədir? 

- Dəqiq fikir deyə bilməyəcəyəm. Amma ciddiyə oxşayır. Ayaq  hissəsində olan kiçik sümüklərindən biri qırılıb. Sabah məlum olacaq.

- Rəqibin baş məşqçisinin oyundan sonra sizinlə görüşərkən soyuq baxdığını hiss etdik. Nə deyə bilərsiniz?

- İnanmıram ki, onda elə bir fikir olsun. Sadəcə məyus idi. Oyundan əvvəl açıqlamaları onun pozitiv biri olduğunu göstərir. Dialoqumuz oldu, peşəkar və çox centlmendir.

- “Qarabağ”da qalıb Ser Aleks Ferquson olmaq istəyərdiniz, yoxsa, Qvardiola və və Mourinyo kimi olmaq?

- Anam məni bu dünyaya Qurban Qurbanov kimi gətirib. Belə də qalmaq istəyərdim. Bu, artıq yetərlidir. İndi “Qalatasaray”ın oyunu var. Gedək ona baxaq.

Fidan Etibar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri