Icma.az
close
up
RU
“Anam nə dedisə, atam bıçağı çıxarıb ardınca cumdu” Övladın məhkəmədəki FƏRYADI

“Anam nə dedisə, atam bıçağı çıxarıb ardınca cumdu” Övladın məhkəmədəki FƏRYADI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə şahid kimi dindirilən S. S hadisə baş verən gün evdə olduğunu dedi:

"Atamla anamın əvəllər yaxşı münasibəti olub, 2021-ci ildən pisləşməyə başladı, səbəbi qısqanclıq idi. Atam anama deyirdi ki, özünü öldür, canını qurtar. Anam hər dəfə  şikayət edirdi, amma atam qorxutduğu üçün şikayətini geri çəkdi. Həmin gün mən yataq otağında idim. Atamla-anam  qonaq otağında idilər. Dəqiq eşidə bilmədim, anam nə isə dedi, bundan sonra atam bıçağı siyirmədən çıxarıb anamın ardınca cumdu. Mən ağlayıb yalvarmağa başladım, amma mənə qulaq asmadı. Anamı yerə yıxıb ona bıçaq zərbələri endirməyə başladı. Nənəm də hadisəni gördü".

Şahid Baxşəliyev Vüqar təqsirləndiriləni tanıdığını deyib:

"Nüşabə ilə evlənəndən bəri Səməndəri tanıyırdım. Əvvəllər çox yaxşı münasibətləri vardı. Axır bir ilin içində dava-dalaşları əskik olmurdu. Özünə də dedim ki, uşaqlara görə eləmə. Hətta deyirdim ki, get başqa qadınla evlən, amma Nüşabəyə toxunma".

Şahid Səfərova Mahizər Səməndərlə  qonşu olduğunu deyib:

"Onlarln evi ilə bizim evin arasında hasar var. Həmin gün uşaqların qışqırığına çölə çıxdım, Anam öldü deyib ağlayırdılar. Nüşabə yerdə qan içində uzanmışdı. Mən nə edəcəyimi bilmirdim. Tez təcili yardıma  zəng etdim. Həkim gecikirdi, tez qaçdım maşını olan qonşuya ki,  Nüşabəni həkimə çatdıraq. Həkim gəldi, mən uşaqların yanında həyətdə qaldım".

Şahid Xanım Cabbarova təqsirləndirilən şəxsi tanımadığını bildirdi:

"Həyat yoldaşım taksi şoferi olub, təqsirləndirilənin həyat yoldaşı ilə münasibətinə görə xəsarət alıb. O hadisədən sonra psixoloji durumu stabil deyil".

Şahid Zaur Rüstəmov  hadisə günü toydan qayıtdığını bildirdi:

"Mən uşaqla toydan gəlib öz evimə gedəndə Canmirzəni gördüm. Yaralı idi, xahiş elədi ki, onu  xəstəxanaya aparım.  Sonra qohumları gəldi, mən çıxıb getdim".

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib, növbəti proses 13 yanvar saat 14:30-a təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin 09 iyulunda paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmalara görə zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri