ANAMA növbəti maarifləndirmə tədbirlərini həyata keçirir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən növbəti silsilə tədbirlər Ağdam, Ağcabədi, Xocavənd və Goranboy rayonları ərazilərində təşkil olunub.
Bu barədə XQ-yə agentlikdən məlumat verilib.
Maarifləndirmə tədbirlərində ANAMA, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, yerli icra hakimiyyəti strukturlarının rəsmiləri, habelə vətəndaşlar, müxtəlif sahələrdə çalışan işçilər və işəgötürənlər iştirak ediblər.
Keçirilən tədbirlərin əsas məqsədi azad edilmiş və riskli ərazilərdə fəaliyyət göstərən və məskunlaşan vətəndaşların partlayıcı sursatların yaratdığı təhlükələr barədə məlumatlandırılması, təhlükəsiz davranış qaydaları, konservasiya edilərək çəpərlənmiş ərazilərin mahiyyəti, xəbərdaredici nişanların əhəmiyyəti barədə biliklərin artırılmasından ibarətdir.
Görüşlər zamanı bildirilib ki, çəpərlənmiş və ya xəbərdarlıq nişanları ilə işarələnmiş sahələrə daxil olmaq həyati təhlükə yaradır və bu qaydalara ciddi əməl olunmalıdır. Çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də insan həyatı üçün birbaşa riskdir.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin keçirilməsi mina hadisələrinin minimuma endirilməsi və təhlükəsiz mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Baxış sayı:126
Bu xəbər 29 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















