Icma.az
close
up
RU
ANAMA sədri: Azərbaycan ərazilərində işğal vaxtı basdırılmış 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib

ANAMA sədri: Azərbaycan ərazilərində işğal vaxtı basdırılmış 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ərazilərində keçmiş işğal zamanı basdırılmış 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov COP29 çərçivəsində ANAMA və BMTİP-nin təşkil etdiyi “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbirdə deyib.

O qeyd edib ki, bu minalar bir vaxtlar zəngin biomüxtəlifliyi olan torpaqları viran edib, münbit torpaqları çirkləndirib, kənd təsərrüfatı məhsuldarlığına zərər vurub:

"Partlayıcı qurğular ayrı-seçkilik etmir. Təsadüfən və ya minatəmizləmə əməliyyatları zamanı partladıldıqda ağır metallar və digər toksinlər torpağa, havaya qarışır. Bu kimyəvi çirklənmə bitki həyatı, canlı təbiət və kənd təsərrüfatı üçün uzunmüddətli risklər yaradır, meşələrin bərpasını və əkin sahələrinin bərpasını çətinləşdirir".

ANAMA sədrinin sözlərinə görə, qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb:

"Bu təmizlənmiş ərazilər kritik infrastrukturun yenidən qurulmasına imkan verir və köçkünlərin geri qayıtmasına kömək edir. Bu investisiyanın miqyasına baxmayaraq, beynəlxalq töhfələr ümumi maliyyələşdirmənin cəmi 4,4%-ni təşkil edir. Ölkəmizdə minaların hərtərəfli təmizlənməsini təmin etmək və bu təhdidlərin ətraf mühitə geniş təsirlərini aradan qaldırmaq üçün qlobal dəstəyin artırılması həyati əhəmiyyət kəsb edir".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see126

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri