Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam etdirilib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar ünvanlanıb.

O, Azərbaycana qarşı ilk döyüşlərə “Daşnak taboru” adlandırılan “Şuşa əlahiddə taboru”na qoşularaq başladığını bildirib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman xidmət etdiyi taborda Azərbaycan Respublikasına qarşı döyüşdüyünü və hücum zamanı silahdan istifadə etdiyini də etiraf edib.

D.Manukyan Birinci Qarabağ müharibəsi zamanı “Daşnak taboru”nun tərkibində Ağdərə rayonunda, 15 gün isə Kəlbəcər rayonunda döyüşlərdə iştirak etdiyini deyib.

O bildirib ki, sonralar “Şuşa tabor”unda tağım komandiri, bölük komandiri, qərargah rəisi olub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq isə qeyd edib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərilib.

O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bu, Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.

Təqsirləndirilən şəxs general-mayor rütbəsini Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə aldığını bildirərək vurğulayıb: “Mənə rütbəni 2020-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri günündə prezident iqamətgahında prezident Armen Sarkisyan təqdim etdi”.

Onun sözlərinə görə, daha sonra Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə qondarma rejimin “ordusu”nda “komandanın 1-ci müavini” (döyüş hazırlığı üzrə) vəzifəsinə təyin olunub. O, 2020-ci ildə 44 günlük müharibə zamanı həmin vəzifədə olduğunu, göstərişləri “müdafiə naziri” Cəlal Harutyunyandan aldığını bildirib.

David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yerləşən “qərargah”ın aşağı mərtəbəsində ehtiyat komanda məntəqəsi yaradıldığını da bildirərək deyib: “Tapşırıq bu idi ki, komanda məntəqəsi məhv ediləcəyi təqdirdə, vəzifələrini müvəqqəti üzərinə götürəcəkdi”.

Təqsirləndirilən şəxs 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 99192 saylı hərbi hissəsinin “Cəsurlar dəstəsi” adlı üçüncü bölüyünün həmin vaxt işğal altında olan Azərbaycan ərazilərinə gəlməsindən də danışıb: “Həmin bölük 2020-ci il oktyabrın 11-də Ermənistanda formalaşdırılıb və Qarabağa “ordu” komandirinin tabeçiliyinə göndərilib. Komandir dedi ki, maraqlan. Mən qeyd olunan yerə getdim. Orada müxtəlif yaşlı və müxtəlif peşələrdən 90 nəfər var idi. Həmin bölmənin maliyyələşməsini Ermənistan həyata keçirirdi. Müharibədən sonra “bölük komandiri” yanıma gəldi. Əlində iki siyahı var idi: 90 və 20 nəfərlik. Dedi ki, 90 nəfərin hamısını olmasa da, azı 20 şəxsi mükafatlandıraq...”.

O, 44 günlük müharibədən sonra qondarma rejimin “ordusu”nda ixtisarlar aparıldığını təsdiqləyib, lakin bunun səbəbi barədə danışmayıb. Daha sonra isə qeyd edib: “Mən 2021-ci ilin sonlarında Ermənistan prezidentinin əmri ilə “ordu”dan ehtiyata buraxıldım”.

Təqsirləndirilən şəxs Ağdərədə “hərbi hissə komandiri” olarkən Ermənistan prezidenti Robert Köçəryan tərəfindən “İkinci dərəcəli döyüş xaçı” medalı ilə təltif olunduğunu da deyib.

Həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirmiş.

D.Manukyan qondarma rejimin “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.

Təqsirləndirilən şəxs qondarma rejimin “ordusu”nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini diqqətə çatdırıb.

O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib. Eyni zamanda, Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlərin və digər hərbi qulluqçuların göndərildiyini bildirib.

D.Manukyan ehtiyata qondarma rejimin “ordusu”ndan buraxıldığını, lakin təqaüdü qeydiyyatda və vətəndaşı olduğu Ermənistan Respublikasından aldığını da etiraf edib.

Təqsirləndirilən şəxs “komandir”i olduğu “Ağdərə rayonunun 7-ci müdafiə xətti”nin hərbçilərinin Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mina basdırıldıqlarını da etiraf edərək deyib: “Səhv eləmirəmsə, PMN-1 minaları idi”.

O, həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.

D.Manukyan 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.

O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.

Təqsirləndirlilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hazırda Azərbaycanda həbsdə olan və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanla münasibətləri barədə də danışıb və Vardanyanın 2023-cü il sentyabrın 27-də onun avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib. “Beş nəfər idik, söhbət edirdik, Vardanyan da orada idi. Dedim sən nə ilə gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var? Dedim ki, qonşu qadın da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu qadının getməsi dəqiqdir? Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim ki, maşında bir yer var. Sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanıldıq”, - deyə o əlavə edib.

Daha sonra cinayət işi üzrə sənədlər tədqiq olunub.

Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri