Icma.az
close
up
RU
ANAMA sədri: Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib

ANAMA sədri: Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqlim dəyişikliyinə təsir edən amillərdən biri də münaqişələr və onun yaratdığı fəsadlardır. Xüsusilə, müharibələr zamanı basdırılan minalar savaş bitəndən illər sonra da insanların həyatını təhlükəyə atır, ətraf mühitə ciddi zərər vurur, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə əngəl törədir.

Partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır.

Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) bu problemə qarşı birgə mübarizə aparmaq və həll yolları axtarmaq baxımımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov COP29 sammiti zamanı mövzu ilə bağlı Oxu.Az-a özəl müsahibə verib.

- Minaların iqlim dəyişikliyinə hansı təsirləri var və bunun qarşısını necə almaq olar?

- Mina probleminin ətraf mühitə mənfi təsirləri çoxdur və biz bu təsirləri görürük. Hər bir mina və sursat partlayışı torpağın, havanın çirklənməsi deməkdir. Çünki havaya tullantılar atılır, torpağa zərər vurulur və bu da öz mənfi təsirlərini göstərir.

- ANAMA bu istiqamətdə hansı işləri görür?

- Biz çalışırıq ki, bu sahədə də öz töhfəmizi verək. Bu ilin may ayında sırf mina probleminin ətraf mühitə təsiri mövzusunda beynəlxalq konfransımız oldu. Bu gün də COP çərçivəsində bizim həmin problemə həsr olunan yan tədbirimiz keçiriləcək.

- Azərbaycanın bu istiqamətdə beynəlxalq arenadakı rolunu necə dəyərləndirmək olar? Çünki mina problemindən ən çox zərər çəkən ölkələrdən biriyik. Təcrübəmizi də nəzərə alaraq, dünyaya hansı çağırışlar edə bilərik?

- Bizim bu sahədə 25 ildən artıq təcrübəmiz var. Sözsüz ki, 44 günlük Vətən müharibəsinə qədər ANAMA kiçik bir təşkilat idi. Çünki problemin həcminə uyğun qurulmuş bir qurum idi. Lakin 44 günlük müharibədən sonra biz mina problemləri ilə ciddi şəkildə üzləşəndə aydın oldu ki, bu problemi həll etmək üçün imkanlarımız, qüvvələrimiz, maddi-texniki bazalarımız artmalıdır və bu istiqamətdə də işlər gedir.

- Bu günə qədər, yəni Vətən müharibəsindən sonra nə qədər ərazi minalardan təmizlənib?

- Azərbaycan ərazilərinin işğalı zamanı basdırılan 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib. 44 günlük müharibədən sonra bu günə qədər 170 000 hektardan artıq ərazi artıq minalardan təmizlənib və son istifadəçilərə təhvil verilib. Eləcə də, 170 000-ə yaxın da mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

- COP29 həm də bu problemin öhdəsindən daha asan, daha tez və daha təhlükəsiz gəlmək üçün fürsət sayılır. Çünki beynəlxalq ictimaiyyətə dəstək və birlikdə mübarizə aparmağa çağırış etmək imkanları yaranır. Siz necə düşünürsünüz?

- Bizim də yan tədbirimizi keçirməkdə məqsədimiz budur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 18-ci Dayanıqlı İnkişaf Məqsədi qəbul olundu. Biz 18-ci DİM-in qlobal səviyyədə qəbul olunmasının tərəfdarıyıq və buna çağırış edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri