Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 2027-ci ildə bütün köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, bu gün Bakı şəhərində artıq 2 600-ə yaxın avtobus hərəkətdədir: "Son 3 il müddətində avtobusların sayı 1 700-dən 2 600-ə qədər, yəni 900 ədəd artırılıb. Bu artan nəqliyyat vasitələrinin hər biri ekoloji təmiz nəqliyyat vasitələridir. Söhbət CNG və elektriklə işləyən avtobuslardan gedir. Növbəti illərdə bu keçid prosesinin tamamilə başa çatdırılması hədəf kimi qoyulub. Bu ilin sonuna gözləntimiz odur ki, dövriyyədə təqribən 500-ə yaxın belə avtobus olacaq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 28 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















