ANAMAda İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 21 noyabr, AZƏRTAC
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfərə gələn İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin Texniki Məsələlər üzrə baş direktoru Ali Miran ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində görüş keçirilib.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki tərəfin üzləşdiyi mina və partlamamış hərbi sursat problemi, çirklənmənin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə danışılıb.
Görüş zamanı, həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















