Icma.az
close
up
RU
Anar Axundov: Risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi diqqət mərkəzindədir

Anar Axundov: Risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi diqqət mərkəzindədir

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Azərbaycanın əsas prioritetlərindəndir".

Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

Onun sözlərinə görə, bu kimi tədbirlər beynəlxalq təcrübənin paylaşılması, qarşılıqlı etimadın gücləndirilməsi və birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Maliyyə cinayətləri, xüsusilə də əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi yalnız iqtisadi deyil, həm də ictimai və milli təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bu təhdidlərin qarşısının alınması üçün effektiv milli nəzarət mexanizmləri ilə yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir".

Nazir müavini qeyd edib ki, Azərbaycan hökuməti bu istiqamətdə mütərəqqi islahatlar həyata keçirir, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində addımlar atır.

Bununla yanaşı, rəqəmsal texnologiyaların, süni intellektin və risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi də diqqət mərkəzindədir.

"İqtisadiyyat Nazirliyi olaraq kölgə iqtisadiyyatının həcminin azaldılması və qeyri-rəsmi dövriyyələrin şəffaf iqtisadi mühitə inteqrasiyası üçün ardıcıl tədbirlər həyata keçiririk", - deyə A.Axundov vurğulayıb.

O bildirib ki, tədbirdə İsrail, Latviya və Pakistanın nümayəndələrinin iştirakı ilə təcrübə mübadiləsi də nəzərdə tutulub. Nazir müavininin sözlərinə görə, bu təşəbbüs bilik paylaşımı və kompleks tədbirlərə qarşı effektiv cavab mexanizmlərinin formalaşdırılması baxımından vacibdir:

"Konfrans çərçivəsində risk əsaslı nəzarət, auditor və vergi xidmətlərinin rolu, maliyyə təhlilinə əsaslanan istintaq yanaşmaları kimi mövzular müzakirə olunacaq. Bu müzakirələr təkcə mütəxəssislər üçün deyil, həm də siyasət formalaşdırıcıları üçün ciddi düşüncə mövzusu olmalıdır".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri