Anar Bağırov: Fəaliyyətinə xitam verilmiş vəkillər etik davranış qaydalarını kobud şəkildə pozublar
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fəaliyyətinə xitam verilmiş vəkillər peşə vəzifələrini, etik davranış qaydalarını kobud şəkildə pozublar.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə əsasən, Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır:
"Bununla bağlı müraciət daxil olduqda intizam icraatı başladılır, komissiya məsələni araşdırır. Əsas olduğu halda vəkil barəsində intizam tədbiri həyata keçirilir. Bura irad tutma, töhmət, müəyyən müddətə fəaliyyətinin dayandırılması və vəkilliyə xitam verilməsi tədbirləri aiddir. Bu il 17 vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Çünki həmin vəkillər peşə vəzifələrini, etik davranış qaydalarını kobud şəkildə pozmuşdular. Öz peşəsinə xəyanət edən insanlar vəkil kimi fəaliyyət göstərməməlidirlər".
MƏLUMAT YENİLƏNİR...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















