Icma.az
close
up
RU
Anar Bağırov hakimliyə namizədlərə tədris verdi

Anar Bağırov hakimliyə namizədlərə tədris verdi

Icma.az, Gununsesi saytına istinadən bildirir.

2025-ci il iyulun 14-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

Gununsesi.info xəbər verir ki, tədris zamanı VK sədri ədliyyə sisteminə yeni qoşulan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında vəkillik institutunun inkişafı istiqamətində son illər ərzində həyata keçirilən islahatlardan, göstərilən dövlət dəstəyindən və bu sahədə qarşıya qoyulan mühüm hədəflərdən ətraflı danışıb.

Anar Bağırov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkilliyin inkişafı yeni mərhələyə qədəm qoyub, bunun nəticəsində hüquqi yardımın keyfiyyəti və vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər ədliyyə sistemində də peşəkar və vətəndaş yönümlü yanaşmaların gücləndirilməsinə xidmət edir.

Tədris zamanı sədr iştirakçılara hüquqi biliklərin artırılması, etik davranış standartlarının gözlənilməsi, qeyri-prosessual münasibətlərdən yayınma və vəkillərlə işgüzar əməkdaşlıq prinsipləri haqqında vacib tövsiyələr verib. Eyni zamanda Anar Bağırov vəkillərin hüquq sistemindəki rolu, ədliyyə orqanları ilə qarşılıqlı münasibətləri və etik çərçivələrin praktik əhəmiyyəti barədə geniş izahlar təqdim edib.

Tədrisin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb, onların sualları cavablandırılıb və təcrübəyə əsaslanan fikir mübadiləsi həyata keçirilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri