Bəxtiyar Soltanov: Bu oyun gələcəkdə bizə çox şey verəcək
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Baku Sportinq”in baş məşqçisi Bəxtiyar Soltanov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Kəpəz”ə qarşı keçirilən və komandasının 3:1 hesabı ilə məğlub olduğu oyunu şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
"İlk növbədə rəqib komandanı təbrik edirəm. Onlara növbəti oyunlarda uğurlar arzulayıram", – deyə Sultanov bildirib.
Baş məşqçi futbolçularının meydanda göstərdikləri mübarizədən razı qaldığını vurğulayıb. O, komandaya rəhbərlik etməyə yenicə başladığını da diqqətə çatdırıb:
"Uşaqlara oyuna görə çox sağ ol deyirəm. Sağ olsunlar. Biz cəmi iki gündür mənim rəhbərliyim altında məşqlərə başlamışıq. Buna baxmayaraq, futbolçular meydanda əzmkar mübarizə apardılar".
Soltanov məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanın komandanın gələcək çıxışlarına müsbət təsir göstərəcəyinə inandığını bildirib.
"Biz uduzduq, amma inanıram ki, bu oyun gələcək qarşılaşmalarda bizə çox şey verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Oktyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















