Icma.az
close
up
RU
Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir AZƏRTAC

Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 dekabr, AZƏRTAC

Fəaliyyətinə xitam verilən vəkillər peşə vəzifələrini və etik davranış qaydalarını kobud şəkildə pozublar. Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə uyğun olaraq Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır. Bu proses müvafiq müraciət əsasında başlanılır və komissiya tərəfindən məsələ təhlil edildikdən sonra intizam tədbiri görülür. Tədbirlər arasında irad tutulması, töhmət verilməsi, müəyyən müddətə fəaliyyətin dayandırılması və vəkillik hüququna xitam verilməsi yer alır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, bu il 17 vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edilib: “Həmin şəxslər peşə prinsiplərini ciddi şəkildə pozublar. Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir”.

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama əsasən, hər il dekabrın 28-nin Vəkil Günü kimi qeyd edildiyini xatırladan sədr Azərbaycanın 1999-cu ildə qəbul edilən “Vəkil və vəkillik haqqında” qanunla postsovet məkanında vəkillik təsisatını müstəqil peşə kimi tanıyan ilk dövlət olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, vəkillik müstəqil fəaliyyət göstərmədən effektiv ola bilməz və Azərbaycan vəkilləri hər zaman vətəndaşların hüquqlarını qorumaq üçün çalışırlar.

“Vəkillər Kollegiyasının Bakıda inşa edilən yeni inzibati binası gələn il istifadəyə veriləcək. Bundan başqa, Kollegiya üzvlərinin sayının üç min nəfərə çataca gözlənilir. Gənc hüquqşünaslara Vəkillər Kollegiyası tərəfindən hərtərəfli dəstək göstəriləcək. Qeyd edim ki, Türkiyədə əvvəllər vəkilliyə qəbul imtahanla həyata keçirilmirdi, lakin artıq bu sahədə Azərbaycan təcrübəsindən nümunə götürülüb”, - deyə Anar Bağırov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri