Icma.az
close
up
RU
Prezidentin strateji baxışı sayəsində Azərbaycan Ekspo 2025 də özünü inamla təsdiqlədi Anar Ələkbərov FOTO

Prezidentin strateji baxışı sayəsində Azərbaycan Ekspo 2025 də özünü inamla təsdiqlədi Anar Ələkbərov FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli.Az Trend-ə istinadən Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin Ekspo 2025 üzrə baş komissarı Anar Ələkbərov ilə eksklüziv müsahibəni təqdim edir.

Yaxın günlərdə Yaponiyanın Kansai prefekturasının Osaka şəhərində keçirilən Ekspo 2025 ümumdünya sərgisində Azərbaycan Milli Günü qeyd olundu. Sizcə, bu tədbir necə keçdi?

- Ekspo dünya sərgiləri ölkələrin öz mədəni kimliklərini, nailiyyətlərini və innovativ yanaşmalarını dünyaya təqdim etdikləri, qlobal dialoq və əməkdaşlıq üçün beynəlxalq ictimaiyyəti bir araya gətirən unikal platformadır. Milli pavilyon isə ölkənin beynəlxalq arenada layiqli şəkildə təmsil olunmasında mədəni diplomatiyanın güclü vasitəsi sayılır. Azərbaycanın 2000-ci ildə Hannoverdə başlayan dünya sərgilərində iştirakı bu gün Osakada uğurla davam edir. Milanda və Dubayda keçirilən sərgilərdə pavilyonlarımız mükafatlara layiq görülüb və ən çox ziyarət edilən pavilyonlar sırasında yer alıb. Xüsusilə qeyd etmək istərdim ki, Yaponiya ilə ikitərəfli əlaqələrə böyük önəm verən Azərbaycan dövlət başçısının tapşırığı ilə Osaka, Kansai Ekspo 2025 ümumdünya sərgisində iştirak barədə sazişi imzalayan ilk ölkə oldu.

Azərbaycanın Ekspo 2025 üzrə baş komissarı kimi bu layihəyə rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Hər bir ölkənin belə mötəbər tədbirdə, xüsusilə də öz milli pavilyonu ilə təmsil olunmaq imkanı olmur. Cənab Prezidentin strateji baxışı nəticəsində Azərbaycan bu irimiqyaslı beynəlxalq tədbirdə özünü inamla təqdim etdi və buna görə biz dövlət başçısına səmimi-qəlbdən minnətdarıq. Bu gün pavilyonumuz dünyanın aparıcı ölkələrinin pavilyonları arasında layiqli yer tutur. Ekspo çərçivəsində mütəmadi olaraq ölkənin mədəniyyətini, ənənələrini və uğurlarını təqdim edən tədbirlər keçirilir. Bu yaxınlarda təşkil olunmuş Azərbaycan Milli Günü dünya sərgisinin rəngarəng hadisəsi oldu.

Bütün komandanın koordinasiyalı işi nəticəsində ölkəmizi layiqincə təmsil edə bildik: minlərlə ziyarətçi Heydər Əliyev Mərkəzi tərəfindən yaradılmış pavilyonun konsepsiyası ilə böyük maraqla tanış oldu, Azərbaycan mədəniyyət ustalarının konserti isə tamaşaçılar tərəfindən heyranlıqla qarşılandı. Mədəniyyət xadimlərinə, ziyalılarımıza və bu tədbirdə iştirak edən hər kəsə yaratdıqları ilhamverici, səmimi və həmrəy mühitə görə dərin minnətdarlığımı bildirirəm.

Bu yaxınlarda Ekspo 2025-in ən yaxşı 10 pavilyondan biri seçilən Azərbaycanın pavilyonunun memarı kimdir?

- Layihənin ideoloji rəhbəri Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanımdır. Məhz onun zərif zövqü və hər bir detala şəxsi diqqəti pavilyonun memarlıq konsepsiyasının, vizual kimliyinin və məzmununun bu qədər harmonik şəkildə gerçəkləşməsinə səbəb olub.

İstedadlı yerli və xarici memarların birgə işi nəticəsində hər gün 10 minədək insanın ziyarət etdiyi cəlbedici bir sərgi məkanı ərsəyə gəlib. Bu rəqəm mədəniyyətimizə olan marağın və pavilyonun sərginin ümumi mesajına verdiyi töhfənin bariz göstəricisidir.

Pavilyonda yüksək texnologiyalı qurğular, yalnız bu layihə üçün hazırlanmış 360 dərəcə təqdimat videoları və digər unikal materiallar təqdim olunur. Pavilyonun yaradılmasında həm innovativ dizayn həllərinə, həm də Azərbaycanın mədəni irsi, müasir nailiyyətləri və dövrün ruhunu əks etdirən dərin semantik məzmuna xüsusi diqqət yetirilib.

Azərbaycanın Osaka, Kansai Ekspo 2025 sərgisinə yanaşmasının unikallığı nədədir və bu pavilyonun memarlığında və məzmununda necə əks olunub?

- Bildiyiniz kimi, Osaka, Kansai Ekspo 2025 "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives) devizi altında keçirilir. Azərbaycan pavilyonu "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində təqdim olunur və "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven Bridges for Sustainability) mövzusunu əhatə edir.

Milli kimliyimizlə müasir texnologiyalar arasında harmoniya pavilyonun əsas özəlliyidir. Pavilyonun konsepsiyası böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından ilhamlanıb.

Yeddi gözəlin təmsil etdiyi sahələr - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq nümunələri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm - ölkəmiz haqqında tam və dolğun təsəvvür yaradır. Təəssüf ki, bəzi Asiya ölkələrində Azərbaycan barədə məlumatlılıq hələ də məhduddur. Biz Ekspo 2025-dəki pavilyonu xalqımızın zəngin tarixinə və müasir prioritetlərinə maraq və hörmət formalaşdırmaq üçün mədəni diplomatiyanın güclü aləti kimi görürük.

Əvvəlki sərgilərlə müqayisədə bu dəfə pavilyonun yaradılmasında bir sıra ciddi çətinliklərlə üzləşdik. Əvvəla, sərgi ərazisinin coğrafi xüsusiyyətləri - materikdən uzaqlığı - logistikanı xeyli çətinləşdirirdi. İkincisi, sərgi beynəlxalq xarakterli olsa da, sənədləşmə işlərinin yapon dilində aparılması tələbi əlavə maneələr yaradıb. Yerli işçi qüvvəsinin cəlb edilməsində də müəyyən çətinliklər yaşandı. Bütün bunlara baxmayaraq ən yaddaqalan və diqqətçəkən pavilyonlardan birini ərsəyə gətirdik.

Dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığa yönəlmiş təşəbbüslərin reallaşdırılması üçün hərtərəfli şəraitin yaradıldığı Ekspo 2025 sərgisinə ev sahibliyi münasibətilə Yaponiya hökumətini, təşkilatçıları və Beynəlxalq Sərgilər Bürosunu səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu ümumdünya sərgisi ölkələr arasında qlobal dialoq və qarşılıqlı anlaşmanın inkişafına möhkəm təkan verəcək.

Ümumdünya Sərgisi ilə bağlı yaddaşınızda ən çox nə qalıb?

- Osaka, Kansai Ekspo 2025 beynəlxalq tədbirin innovasiya, mədəniyyət və ilhamı bir araya gətirməsinin parlaq nümunəsi oldu. Əvvəla, pavilyonların memarlıq və bədii müxtəlifliyi heyranedicidir - hər bir ölkə özünü kreativ yanaşma və yüksək texnoloji həllərlə təqdim edirdi. Məna və estetika ilə zəngin bu məkanlar əsl yaradıcılıq və qlobal anlaşma bayramına çevrildi.

Yaponiyanın, xüsusən də Kansai bölgəsinin nümayiş etdirdiyi misilsiz qonaqpərvərlik, yüksək təşkilatçılıq səviyyəsi və hər bir mədəniyyətə göstərilən hörmət və diqqət üçün səmimi təşəkkürümü bildirirəm.

Biz Eksponu yeni əlaqələrin qurulması və mövcud tərəfdaşlıqların gücləndirilməsi üçün mühüm platforma kimi görürük - istər Beynəlxalq Sərgilər Bürosu ilə, istərsə də dünyanın müxtəlif ölkələrindən olan təşkilatçılarla. Sevindirici haldır ki, müxtəlif pavilyonların nümayəndələri tez-tez bizə müraciət edir və biz də həmişə topladığımız təcrübəni məmnuniyyətlə bölüşürük.

Amma bəlkə də bu Ekspo ilə bağlı ən dəyərli xatirə layihənin həyata keçirilməsində iştirak edən gənclərimizin və könüllülərimizin fədakar və əzmkar əməyidir. Artıq iki aydır ki, onlar yüksək məsuliyyət və vətənpərvərlik nümayiş etdirərək vəzifələrini ləyaqətlə yerinə yetirirlər.

Əminəm ki, Ekspo 2025 Osaka, Kansai həm iştirakçılar, həm də ziyarətçilər üçün beynəlxalq əməkdaşlıq, mədəni mübadilə və ortaq qlobal dəyərlərə sadiqliyin önəmli simvolu kimi yadda qalacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri