Icma.az
close
up
RU
Anar Əliyev Aİ nümayəndəsi ilə sosial sahədə əməkdaşlığı müzakirə etdi

Anar Əliyev Aİ nümayəndəsi ilə sosial sahədə əməkdaşlığı müzakirə etdi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş olub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. O, əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal həllərin tətbiqi, şəffaflıq və əlçatanlığın artırılması istiqamətlərində əldə olunan nailiyyətlər, DOST modelinin üstünlükləri barədə məlumat verib.

İcra olunan aktiv məşğulluq proqramları, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Gender bərabərliyinin daha dolğun təminatı məqsədilə əmək qanunvericiliyində edilən son dəyişikliklər, ölkəmizin Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyasına üzv qəbul edildiyi qeyd olunub.

Ötən dövrdə sosial müdafiə, tibbi-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində Aİ ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub. Nazirliyin Avropa Təlim Fondu ilə fəal əməkdaşlıq təcrübəsi diqqətə çatdırılıb.

Mariyana Kuyundziç ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət rəyini ifadə edib. Bu görüşün əməkdaşlığın davam etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi baxımından önəmini qeyd edib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri