Anar Kərimov: Dayanıqlılıq sahəsində iki əsas istiqamətdə tənzimləmə və uçot sahələrində yeni çərçivə yaradılır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Dayanıqlılıq sahəsində iki əsas istiqamətdə - tənzimləmə və uçot sahələrində yeni çərçivə yaradılır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsində deyib.
O bildirib ki, məqsəd İslam maliyyə alətlərinin iqtisadi məzmununa uyğun tanınması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır:
"Vergi siyasətində isə biz risk əsaslı və rəqabətədavamlı qaydalar tətbiq etməklə etik investisiyaları və özəl sektorun innovasiyasını dəstəkləyirik.
Biz bu işdə tək deyilik KOBİA və Mərkəzi Bankla sıx əməkdaşlıq edirik. Hazırda Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS 17) keçid üzərində işləyirik və sığorta şirkətləri üçün yeni uçot siyasəti hazırlayırıq. Bu, Azərbaycanda Takaful (İslam sığortası) sisteminin şəffaf və etibarlı əsaslarla formalaşmasına zəmin yaradacaq".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















