Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət etdi Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində şəhid Abbaszadə Emin Faiq oğlunun ailəsini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Ziyarət zamanı şəhid Emin Abbaszadənin əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıq yolundan bəhs edilib. Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat şəhid ailəsinin gündəlik qayğıları ilə yaxından maraqlanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.




Baxış sayı:112
Bu xəbər 20 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















