Icma.az
close
up
RU
Anar Quliyev: Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən asılıdır

Anar Quliyev: Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən asılıdır

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır.

Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

"Bizim hazırladığımız Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir. Amma şəhərin hansısa ərazisində nə vaxt, nə iş aparılacaq, bu, ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən aslıdır. Təbii ki, söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq və illərlə bu işlər aparılacaq. Hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ilkin mərhələdə yaşayış şəraiti daha pis olan bir-iki mərtəbəli, plansız-nizamsız tikilmiş evlər sökülə bilər: "Bundan başqa, dövlətin müəyyən etdiyi kifayət qədər qəzalı binalar var. Belə binalar əsasən Bakıda, eləcə də kiçik həcmdə Gəncə və Sumqayıtdadır. Bu binalarla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Bizim komitəyə tapşırıq verilib. Komitənin rəhbərliyi ilə işçi qrupu yaradılıb və aidiyyəti dövlət qurumları ilə birgə inventarizasiya aparılır. Addım-addım bu məhəllələrin sökülməsi, amma ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Elə bina var ki, sökülüb yerində yeni bina tikilə bilər və ora iş adamları cəlb ediləcək, amma elə yer də var ki, tikinti aparıla bilməz, həmin yer sadəcə abadlaşdırılacaq. Bunu da yalnız özəl vəsait hesabına etmək çətin olacaq. Dövlət müvafiq dəstək göstərməlidir".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri