Icma.az
close
up
RU
Anarın çıxışı rezonans doğurdu Misli görünməmiş yanaşmadır

Anarın çıxışı rezonans doğurdu Misli görünməmiş yanaşmadır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq yazıçısı Anar Rzayevin Həsən bəy Zərdabinin heykəli ilə bağlı təklifi diqqət çəkib. O bildirib ki, sözügedən abidənin yeri dəyişdirilməli, Azərbaycan Pedaqoji Universitetinin ərazisində olmalıdır. 

Sitat: “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu. Ancaq indi həmin binanın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi məntiqsizdir”.

Heykəlin yeri dəyişdirilə bilərmi? Azərbaycanda belə təcrübə olub? 

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qanunvericiliyə görə, mədəniyyət abidələrinin, ictimai monumental heykəllərin yerləşdirilməsi və onların yerinin dəyişdirilməsi məsələləri şəxsi təklif əsasında deyil, hüquqi çərçivə ilə tənzimlənir:

“Mədəniyyət haqqında” Qanunun 40 və 41-ci maddələrinə əsasən, mədəniyyət obyektlərinin qorunması dövlətin öhdəliyidir, yerləşdiyi mühit onun tarixi-simvolik dəyəri ilə birbaşa bağlıdır. Obyektlərin köçürülməsi yalnız elmi əsaslandırma, ekspertiza və dövlət qərarı ilə mümkündür. Abidə olduğu məkanda tarixi-sosial məna daşıyır və mühitdən qoparılması tarixi cinayətdir. Yəni bir yazıçının şəxsi fikri hüquqi əsas hesab edilmir”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, tarixdə bu cür mədəni abidələrin köçürülməsi təcrübəsi olub:

“Lakin demək olar ki, hər biri yol tikintisi, dövlət proqramı, memarlıq layihəsi və ya dövlət qərarı ilə reallaşdırılıb. Məsələn, Sovet dövründən sonra bəzi heykəllər şəhər simvolikasına uyğunlaşdırılıb. Amma bunu “filan restoran var” arqumenti ilə etmək misli görünməmiş yanaşmadır. Dünyanın ən böyük mədəniyyət şəhərlərindən olan Roma, Paris, İstanbulun hər birində tarixi abidələr, heykəllər, kilsələr, meydanlar və restoranlar eyni məkanda mövcuddur. Çünki mədəniyyət məkanın ruhu ilə yaşayır. Əksinə, turist restorandan daha çox istifadə etdiyi üçün onun qarşısında kimin heykəli olduğunu öyrənir və şəxsiyyət tanınır”.

Ellada Bayramovanın sözlərinə görə, hörmətsizlik heykəlin harada olmasında deyil, restoranla müqayisə edilən yanaşmadadır:

“Həsən bəy Zərdabi həmin restoran açılmamışdan əvvəl də var idi, obyekt bağlanandan sonra da yaşayacaq. “Xalq yazıçısı” statusu milli yaddaşı qoruyan, millətə mənəvi xidmət göstərən insanlara verilir. Bir heykəli restoranla müqayisə edib milli dəyərin yerini biznes arqumenti ilə ölçmək mədəni baxımdan, yumşaq desək, bu ada uyğun mövqe deyil. Əgər mədəniyyət məkanına baxış restoran üzərindən müəyyən edilirsə, bu artıq milli düşüncə deyil, kommersiya düşüncəsidir. Qanun deyir ki, abidə ancaq dövlət qərarı ilə, ciddi elmi əsaslandırma çərçivəsində dəyişdirilə bilər. Hətta belə qərar olsa belə, o, milli dəyərin zərərinə yox, qorunmasına xidmət etməlidir. Milli dəyərlərə bu cür yanaşma milli şüurun geriləməsidir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri